Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Poeziya bəşəri duyğuların ifadəsidir

Tarix: 03-02-2022 18:49     Baxış: 2355 A- / A+
“Oyanan ruhlar...” kitabını oxuyarkən düşündüklərim
                               Hörmətlə; Xaqani Abbasəli Öztürk
                               AYB və AJB-nin üzvü şair-tənqidçi

                                         6 ocak 2022-ci il

Mən yazılarımın birində yazmışdım ki, ədəbi yaradıcılıq ilə məşğul olmaq elə əslində ciddi ibadətdir. Ədəbi yaradıcılığın vətəni, yurdu könül olduğu üçün orda zalım fikirləri barındırmaq mümkün olmur.
Düşünürəm ki, şairlik dərd ilə həm dərd olmaq qanunudur. Bu qanundan hər kəs eyni cür yararlanıb nəsibini ala bilmir.
Bilmirəm yanlış mı yoxsa doğru gərçək olan odur ki, şairlər yer üzünün seçilmiş söz sahibləridir. Mənim həqiqətimə görə hər səhabinin də onun zövqünə dilmançılıq edən fikirlərinin çəkisində dindirmək lazımdır...
Mən də istəyirəm ki, bu yazımla oyanan ruhlara dərddaşlıq edən şair Ədalət Əroğlunun cəfakeş şeirlərinin, cəfa məqamından ucalan səsinə qulaq verəm.
Ömürlüyünü özətləməklə başlayım: Cəbrayıl rayonunun Hovuslu kəndində başlayıb dünyayla tanışlığı...Gəncliyinin qaynar çağı könülsüz sügünlüklə “təltif” olunub. İşğalçı qonşular tərəfindən...Taleyinin qisməti və çalışqanlığı onu Bakı Dövlət Universitetinin hüquqçular dəstəsinə qoşub. Uzun illər məhkəmə qurumlarında çalışıb...Günümüz içində atasının adını daşıyan Məhdud Məsuliyyətli Cəmiyyətə rəhbərlik edir...Tanrısı poeziyadı...
Varlığının mahiyyətini şeirdə tapan Ədalət Əroğlu yazır ki,
İlhamım göz açıb şeirlərimdə,
Misralar söz açıb şeirlərimdə,
Sözüm işıq saçıb şeirlərimdə,
Bir tarix yazırsan, ay İzzətoğlu
.
Yazdığı ədəbi tarixə onun münasibətinin necəliyini oxucuya aydın çatdırmaq üçün “Oyanan Ruhlar...” kitabındakı şeirlərinin bir qismi ilə dərdləşməyi münasib saydım...
Dərdinin naləsi dünyanı dizə gətirən şair yazır ki,

Dağlarım üstünə sən dağ elədin,
Bağça-bağlarıma buz qar ələdin,
Dönüb şimşəklərə odlar ələdin,
Odunla yanıram, mən sənin dünya!
***
Daş olub qalmışam qürbət ellərdə,
Vədəsiz ağarıb, qara tellərdə,
Keçdi cavanlığım səmum yellərdə,
Tufanda qalmışam səninlə dünya!
***
Xəyalım dolaşıb gəzdi hər yanı,
Taxmadım sinəmə şöhrəti-şanı,
Başıma tac bildim Azərbaycanı,
Vətənə tamarzı qaldım a dünya!

Şairin qüdrəti onun poetik-fəlsəfi fikirlərini aydın və səmimi bir dillə qələmə almaqla bahəm yüksək bədii zövqlə mübaliğə və istişarələri şeirə gətirməklə özünü göstərmiş olur...(Əfsuslar olsun ki, çağımız ədəbiyyatında bu anlamda “piyada” qalan qələmdaşlarımız, ermənilərin xarici ölkələrdən gətirdikləri muzdlu, paralı teroristlərin sayına yaxınlaşır).. Mütləq şeir fəsli anlarla gəlir...
Şair mütaliə gücünün fədakarlığına və idrak gücünə arxalananda poeziya sevgisi onun könlündə Tur dağı qədər yüksək və ali olur....
Buna görədir ki, Ədalət Əroğlu yazır ki,
Nə işim var bu dünyanın işiylə,
Kölgəsində yaşayırıq dünyanın,
İşim yoxdu baharıyla, qışıyla,
Hər üzündə yaşayırıq dünyanın
***
Qapqaradır dünyamızın hər üzü,
Son qalacaq yerimizdi gor üzü,
Ədaləti tapacaqdır hər üzü,
Hər üzündə yaşayırıq dünyanın...
***
Şair könlüm gör nələri istəyir
Ürək dərdli, qamətimi dərd əyir
Dünya daim xəlbirini ələyir
Hər üzündə yaşayırıq dünyanın!

Mənim düşüncə tərzimə görə şair qəlbinə əziyyət etmək elə əslində ALLAHA əziyyətdir çünki, könül ilahinin təcəlləgahıdır...
Poeziya məqami eşq məqamıdır...
Mənim həqiqətimə görə poeziya haqq işi olduğu üçün tanrının diliylə danışır...O, da gərçəklikdir ki, ilahi eşqin atəşi od vurmayan könül sahibi “şairlərin” şairliyi sadəcə şəkil və mərasim şairliyindən başqa bir şey söz adamı sözə itaətdən zövq almalıdır ki, oxucusunun könlündə rahat-rahat dolaşa bilsin.
Ədalət Əroğlunun uzun illər vətəndə qürbətçilik çəkməsi, komasının cəftəsinə qərib kimi toxunması onun şair yaradıcılığına qədərindən artıq qəm-qüssə yükləyib...Şair üzünü siyah buludlu göylərə tutub:
Yadıma yurdumun dağları düşüb
Həsrətdən quruyan bağları düşüb
Gənclik illərimin çağları düşüb
Ürək necə dözsün bu ayrılığa?..
***
Dağlarım həşarat yurduna dönüb
Vətəndə gör neçə ocağım sönüb,
Fələyin üzüdə ta məndən çönüb
Ürək necə dözsün bu ayrılığa?..
***
Xəyalımda gəzir o, gözəl aləm
Ürəyimdə kədər, gözlərimdə qəm
Başıma fırlanır bütün bu aləm
Ürək necə dözsün bu ayrılığa?..

Ürək necə dözsün bu ayrılığa Ya Rəbb deyərək sitəm edir... Onun şair talehi qoşa rels üzərində maneəsiz hərəkət edən qatar ömrü yaşamayıb... Məncə poetik mühit obyektivdi, ama bu mühitin səlnaməçisi şair oyaq ruhludursa qazanan ədəbiyyat olur. Ədalət Əroğlu şeiriyyətinin oyaq ruhlu vətən sevgisinin əsgəridir... Özü də çox kövrək
adamdır. Çox gördüm yurd yerlərindən söz düşəndə gözlərimdən başlayan araz kürü... Kiriyən kimi əlləri göyə açılır və
Xan çinar sızlayır mənsiz qalıbdır,
Tarlamız sünbülümüz, dənsiz qalıbdır,
Bülbüllər oxumur səssiz qalıbdır,
Dərdimin əlacı səndədir Allah...
***
Bir tonqal alışıb, qəhər çənində,
Dağlarda görsənmir, səhər çənində,
Yazıram şeirimi kədər içində,
Dərdimin əlacı səndədir Allah...

Son illərdə müxtəlif mətbu orqanlarında şeirləri çap olunan Ədalət Əroğlu hər şeirinin dilinə özünün pıçıltılarını yükləyir...
Poeziya aləminə gec gəlsə də güc gəldi... İncə, zərif, poetik misraları ilə öz oxucularını qəlbinə hakim kəsilməyi bacardı. Ən böyük iddiası, iddiasızlığı, ən bahalı eqosu, eqosuzluğudur...
Öfkəsinin ömrü bir göz qırpımının ömrü qədər deyil belə...
Mənim inancıma görə yaradıcı adam düşüncəsində ulu olanda onun yaradıcı həqiqətinin mahiyyəti qərinələri aşıb irəli gedir və həp təzə görünür ki, biz buna klassika deyirik... Sadəcə onu yazmaqla kifayətlənirəm ki, Ədalə Əroğlunun zatı dərviş fəlsəfəsinə büründüyündə o öz şeirində özüdü, eləsi ilə də, beləsi ilə də...
Ürəyimin sarı simi oynadı,
Axan çaylar bir anlığa dayandı,
Sevinc hissi kədərimə boyandı,
Göz yaşlarım selə döndü ta bəsdi.
***
Bülbül nalə çəkdi bu necə səsdi,
Qərib düşən ürəyim yaman əsdi,
İllər ötdü ömür keçdi tələsdi,
Saç ağardı bel büküldü ta bəsdi...
***
Oxu bülbül, dərd calama dərdimə,
Dərdim böyük dərd bulama dərdimə,
Oxuduqca sən qoşuldun dərdimə,
Dərd əlindən üzülmüşəm ta bəsdi...

Doğru deyirsən qardaş dərddən çox oxuyanda dərd səndə üz bulub çevrəndə dərddən xalı toxuyur ta bəsdi, hər şeyin qədəri var...
Mən də düşünürəm ki, oxucu dilini nasır etmədən bu yazımıza və Ədalət Əroğlu dərdinə yetər ta bəsdi, demək elə bu məqamdaca fərzi borcdur...
Sonrası qalsın sonraya...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar