Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Fuad Cəfərlinin şeirlər kitabı özbək dilində işıq üzü gördü

Tarix: 24-01-2022 18:53     Baxış: 3352 A- / A+

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gənc Azərbaycan şairi Fuad Cəfərlinin “Kədərin şəkli” şeirlər kitabı özbək dilində işıq üzü görüb.
Manevr.az xəbər verir ki, kitabdakı “Ön söz”ün müəllifi Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini, şair Qayrat Məcid, özbək dilinə çevirən tərcüməçi Şahista Kamranlıdır. Qayrat Məcid “Ön söz”də Azərbaycan poeziyasının gənc nümayəndələrindən olan Fuad Cəfərlinin ədəbiyyatda özünəməxsus üslubu olduğunu qeyd edərək, onun özbək dilində ilk dəfə olaraq çap edilən şeirlər kitabının ədəbiyyatşünaslar, poeziyasevərlər tərəfindən maraqla qarşılanacağına əmin olduğunu bildirir. Qeyd edək ki, Fuad Cəfərli Azərbaycan Prezidentinin təqaüdünə layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin müşaviridir. Fuad Cəfərlinin şeirləri indiyədək türk, ingilis, rus, ispan və fars dillərinə tərcümə olunub.
 Nəşr Özbəkistanın kitabxanalarına hədiyyə ediləcək.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar