Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Atalı böyüyən vətən olur, güzgülərin ayıblarını örtməyə..."

Tarix: 15-01-2022 21:15     Baxış: 3296 A- / A+
***
Ağaclar çiçək-çiçək sevişər,
Çiçəklər kəpənək-kəpənək  öpüşər. 
Adamlarsa,
göz-göz ötüşdükcə, tüpürcək təki qopur təbiətin içindən...
Hamı xəbər tutunca, ölər sevgilər.
Ayrılıq təbiətsizlikdi çünki...
Quşlar da, böcəklər də, balıqlar da, danışmazlar ki ayrılıqları...
Ağaclar bir-biriylə çiçək-çiçək sevişəndə Tanrı sevindi. 
Adamlarsa sevişəndə fahişə adlandı...
Biz hamı olanda təbiət olmadıq,
Mənsə, sənin təbiətini sevmişdim.
Demə, bütün yuvalar sevdaları yandırmaqmış. 
Bütün sevgilərsə ölümləri ovutmaq. 
Quşlar da, böcəklər də, balıqlar da atasız böyüyər, pərvazlanar...
Atalı böyüyən vətən olur, güzgülərin ayıblarını örtməyə...
Sevdalım, necə ovudarsan məni. 
Necə sevim ki, unudasan məni...
Daha yoruldum göy üzünə su çiləməkdən.

Eldar Ismayiloğlu
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar