Xəbər lenti
Faiq Balabəylinin “Bakı buxtası-20 Yanvar” kitabı nəşr edildi - ŞƏKİL

Manevr.az xəbər verir ki, bu haqda “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi məlumat yayıb.
Kitabda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində dinc sakinlərin qətlə yetirməsinə etiraz olaraq Bakı buxtasına toplaşıb, ölkəmizə edilən hərbi təcavüzün dünya ictimaiyyətinə dəqiq çatdırılmasında mühüm və əsas rolu oynayan Azərbaycan dənizçilərinin misilsiz qəhrəmanlığından bəhs olunur.
Kitabda, həmçinin hadisələrin iştirakçılarının xatirələri, ziyalıların qəhrəman dənizçilərin şücaəti haqdında fikirləri və dənizçilərimiz tərəfindən zamanında qəbul olunan qərarlar əksini tapıb.
Xatırladaq ki, bu kitab Faiq Balabəylinin eyni mövzuya ikinci müraciətidir. Bundan əvvəl 2003-cü ildə “Qanun” nəşriyyatı tərəfindən “Kəsilməyən həyəcan fiti” kitabı dərc olunmuşdu.
Kitabın redaktoru Elnur Nəhməd, tərtib edəni Tural Balabəylidir.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar