Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Qırmızı səltənətlər qanadlarını çörəklə zəncirlədi sənin..." - Cavid Fərzəli

Tarix: 04-01-2022 12:08     Baxış: 3708 A- / A+

"...Susqun divarlar
göy üzünü əlindən alır sənin. 
Gözləri savaşla dolur pəncərəm..."


Manevr.az Cavid Fərzəlinin yeni şeirini təqdim edir:

* * *
Pəncərəmdə boynu bükük bir bala quş, 
mərhəmətsiz buludlara əl açır.
Demə, ayrılıqlar ana qucağından başlayırmış.
Bu quşcığaz üzünü-gözünü gizləyib tanrıdan, 
dönüb qızım payıza, oğlum qışa! 
Axı, qovuşmaq əllərimizin körpəliyidir.

Susqun divarlar
göy üzünü əlindən alır sənin. 
Gözləri savaşla dolur pəncərəm. 
Uğrunda, 
Dilsiz küçələrin sevincini öldürmək bəxşişdir, yaşatmaq bağışlaya bilməmək.

Hər ev əllərimizin qocalığıdır ayrılıq. 
Neyləyim payız gəlir üzünə, 
Yağışın qolunda solur pəncərəm.
Hər səhər üzü gecə qalmasın deyə, yaşasam da daşürəkli qaranlıqları. 
Mən sənin qanadlarını böyüdə bilmədim. 
Məni bağışla.
Qırmızı səltənətlər qanadlarını çörəklə zəncirlədi sənin. 
Mənsə tanrısız küçələrdə, 
Unutdum ayaqlarımı...

Cavid Fərzəli
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar