Xəbər lenti
"Bu payız nə boyumun ipi yatır, nə göyə dartilan ağaclar..." - Eldar İsmayıloğlu
Eldar İsmayıloğlu***
Payızda bütün ölümlərə məst olur adam.
Bu payız nə boyumun ipi yatır,
nə göyə dartilan ağaclar.
Yollar da yapışıb talelərə, vərəqlənmir.
Bir az ümid qalmışdı, o da qışa çatmadı...
Heyif,
ömür də qəzalıymış.
Hər üzündən qaranlıq damır.
göy üzü də qollarımın arasındakı boşluq təkidi...
Daha əlimi üzmüşəm pəncərələrdən,
soyuq şüşələr ümidlərimin qan azlığıdır axı.
Bütün mahnıların ovcunda fahişə baxışları,
Adamın ayağının altını yandırır ,ona sarı yüyürdükcə...
Bilirsənmi, heydən düşmüş sevgilər də qırılmış avar təki,
Üzür ağrılarında.
Nədənsə bağışladıqlarımı tez unuduram .
Sən də unudursanmı, sevdalım...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































