Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Poeziyamızın Gül Tacı

Tarix: 04-12-2021 13:35     Baxış: 3702 A- / A+

Həkim-yazar kimi tanıdığım və yazılarımda yaradıcılığına yüksək dəyər verdiyim Nazilə Gültac "Əllərimdən yağış damır" adlı yeni poetik toplusunu Elşad Barat vasitəsilə mənə, Meyxoş Abdullaya və Əlirza Həsrətə hədiyyə göndərib. 

Nazilə Gültac şeirlərindəki lakonizmlə diqqət çəkir, onun şeirləri oxucunu yormur. Obrazlı ifadələr və ahəngdar deyimlər bu seirləri sevə-sevə oxumağa imkan verir. Özünü dalğaları şahə qalxan, tufanlara hayqıran dənizə bənzədən Nazilə Gültac həm də təbiət hadisələrinin təsvirlərinə üstünlük verən bir xanım şairdir. Şeirlərindən sevdalanmamaq mümkün deyil, xarakterindəki istiqanlılıq misralarına da hopub.
Nazilə xanımın Əlirza Həsrətlə deyişməsi isə sanki kitabın tamamı, yekunudur, kitab bu şeirlə bitir, amma onun şeirlərinin oyatdığı məlhəm duyğular uzun müddət  oxucunu tərk etmir.
"Suya yazılan sevda" ilə "yaşıl pıçıltılar"ını "qəlbdən dodağa" ötürən xanım şair "sevgi yağmuru"na düşdüyü üçün "əllərindən yağış damır". Ona görə də üzünü Böyük Türk Dünyasına tutub, "ben gönlümü bilmezmiyim", deyir. 
Oxucuların poeziyamızın Gül Tacı adlandırdığı Nazile Gultaca bundan sonrakı ədəbi, elmi və əməli fəaliyyətində uğurlar arzulayıram! 
Böyük sayqıdır, bölgədəki həmkarlarını unutmayıb, onlara söz hədiyyəsi göndərən Nazilə xanım əslində özünə, şəxsiyyətinə, ədəbi fıaliyyətinə dəyər verir, mənim isə bir pərəstişkarı kimi ona ehtiramımı və sayqımı dilimə gətirmək qalır.



















Bilal Alarlı,
AYB-nin üzvü, filologiya 
üzrə fəlsəfə doktoru, 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar