Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Nazilə Gültac "Əllərimdən yağış damır" deyir

Tarix: 01-11-2021 16:46     Baxış: 3432 A- / A+
Tanınmış şair, tərcüməçi Nazilə Gültacın yeni kitabı işıq üzü görüb.

Manevr.az xəbər verir ki, kitab "Əllərimdən yağış damır" adlanır. Kitabda şairin son illərdə yazdığı müxtəlif mövzulu şeirləri toplanıb. Kitab müəllifin oxucularla sayca 6-cı görüşüdür.

Qeyd edək ki, şair, yazar, araşdırmaçı, tərcüməçi Nazilə Gültac Bakıda yaşayır. Ixtisasca həkimidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidentinin mükafatçısı olmuşdur. Dəfələrlə şeir müsabiqələrində mükafatlar almışdır. Şeir və hekayələri müxtəlif qəzet və jurnallarda, saytlarda yayımlanır.
“Suya yazılan sevda”, “Yaşıl pıçıltı”, “Qəlbdən dodağa ”( Bakı),” Ben gönlümü bilmezmiyim“, “Sevgi yağmuru “( Ankara) şeirlər kitabının müəllifidir. “Ailə də vətəndir” povest və hekaylər kitabı çapa hazırlanır.
Şeirləri Azərbaycanda oldugu kimi, Türkiyədə də “Kardeş kalemler”, Türk Edebiyyatı”, “Bizim Ece”, “Yaşam Sanat”dərgilərində yayımlanmışdır.
Nazilə Gültac dəfələrlə qardaş Türkiyədə festivallarda, şeir şölənlərində iştirak edib, fəxri fərmanlar almışdır.
Bir çox Türkiyəli şair və yazıçıların şeir və hekayələrini Azərbaycan türkcəsinə uyğunlaşdırmışdır və davam etməkddir.
2019- cu ildə Türkiyədə çıxan “ Sevgi Yağmuru” kitabının Ağ Dəniz ətrafı bir çox şəhərlərdə imza günləri keçirilib.
“ Könül körpüsü”, “ Könül yolçuluğu” layihələri əsasında qardaş Türkiyənin qələm adamları ilə Azərbaycanın şəhərlərində uğurlu tədbirlər həyata keçirmişdir.
Türk xalqları ədəbiyyatının Azərbaycanda yayımlanmasına və ədəbi əlaqələrinin inkişafında uğurlarına görə 2017- ci ildə Mahmut Kaşkari adına Beynəlxalq fondun “ Şan Yarlığı”, bir neçə Rusiyalı şairlərinin şeirlərinin çevirmələrindəki uğuruna görə Rusiya Yazıçılar Birliyinin “ Təşəkkürnamə” mükafatına layiq görülmüşdür.

Manevr.az olaraq, hər zaman sözə xidmət edən, ədəbi əlaqələrin möhkəmlənməsində yorulmazlıq sərgiləyən, bu işə öz layiqli töhfəsini qatan, uğurlu layihələrin müəllifi, dəyərli qələm sahibi Nazilə Gültacı yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları və tutduğu müqəddəs yolda məqsədinə çatmağı arzulayırıq.

Sevinc Qərib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar