Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Aydan Ay: "Dən düşür ayaq izimə..."

Tarix: 26-10-2021 15:50     Baxış: 2595 A- / A+
Aydan Ay

***
Alnımda boy atar yollar...
...aparar məni uzağa.
...tənha vərəqlər məni
danışar qara, sazağa.

Alnımda boy atan yollar...
Biri çıxmaz göy üzünə...
Kim ağlayır arxamca?!
Dən düşür ayaq izimə...

Alnımda boy atan yollar
ağaca, şama tanışdı.
...çiçəyə, dumana-çənə,
göz yaşına tanışdı.

Bircə atama yaddı...
...gülüb keçər o yollardan;
Elə keçər ki küsər
gül yarpağından,
quş qanadından,
yel duasından.

Alnımda boy atan yollar
silər köksündən addımları...
Dalımca ağlayan,
sus!..
Unut namərd uzaqları!
Unut ki, mən də unudum barı...

Unudum
qarı sazağı,
unudum
göy üzünü,
unudum
ayaq izimi,
unudum
ağacı, şamı,
unudum
göz yaşımı!
Unudum...

Unudum ki atama heç nə qalmasın!

Bir də
o yarpağından küsən gül,
o qanadından küsən quş,
o duasından küsən yel
mən idim,
mən!
Heç kimə demə...


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar