Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qəlbimin sevgi ucalığında yer alan şair-publisist - Əli Rza Xələfli

Tarix: 21-09-2021 22:32     Baxış: 3673 A- / A+
Qəlbimin sevgi ucalığında yer alan şair-publisist - Əli Rza Xələfli

SƏMİMİYYƏTİN ƏLİ RZA ZİRVƏSİ
Elə bəri başdan deyim ki, “Kredo” qəzetinin baş redaktoru, görkəmli şair-publisist, nasir Əli Rza Xələfli azsaylı köhnə-qədim dostlarımdan biridir. Yeri gəlmişkən, məni yaxından tanıyanlar bilirlər ki, hər yetənə “dostumdur” deyənlərdən deyiləm. Mənim fikrimcə insanın minlərlə tanışı olsa yaxşıdır, ancaq “dost” sözünün mənası da, mənəvi çəkisi də çox fərqlidir.
Əlirza müəllimi son doxsan ilə yaxın müddət ərzində doğma elimiz Cəbrayılda müxtəlif adlar altında nəşr olunan və ötən yüzilliyin səksəninci ilərinin sonuna yaxın “Xudafərin” adıyla yolunu davam etdirən rayon qəzetində işlədiyi ilk vaxtlardan tanıyıram. Onun çox istedadlı qələm sahibi olduğu ilk yazılarından hiss edilməkdə idi. O vaxtlar 1978-ci ilin yanvar ayından rayon komsomol komitəsinin büro qərarı ilə yaradılan “Ümid” Ədəbi Klubuna rəhbərlik etdiyimdən və tez-tez qəzet üçün müxtəlif mövzularda yazılar yazdığımdan ən azından həftədə bir dəfə redaksiyaya gedəndə Əlirza müəllimlə də görüşüb dərdləşirdim. Yadımdan çıxmamış deyim ki, ədəbi klubun o vaxtkı üzvlərinin əksəriyyəti cavan yazarlar idi. Bəyənilən yazıların qəzet səhifələrində dərc edilməsinə dəstək verən Sirac Rüstəmov, Ədil Şərifov, Hafiz Hüseynxanlı, Seyfəddin Əliyev, Əmir Abbasovla yanaşı Əlirza müəllim də başlıca rola sahib idi.
Əlirza Xələfli məcburi köçkün kimi 28 il qabaq Bakıya üz tutsa da, heç aradan bir il keçməmiş, bu izdihamlı, ədəbi qüvvələrin çoxluq təşkil etdiyi şəhərdə yenidən ədəbi potensialını ortaya qoydu. “Kredo” qəzetinin “sükanı” arxasına keçdiyi gündən onun əhatə dairəsi də şaxələnməyə başladı. Elm, sənət, söz adamlarının tribunasını kimi tanınan “Kredo” paytaxt Bakıda yaşayan istedad sahibləri ilə yanaşı, bölgələrdəki yazarların da söz aynasına çevrildi.
Əlirza müəllimin şəxsən mənim də boynumda böyük və unudulmaz haqqı-sayı vardır. Dəfələrlə ədəbi yaradıcılığımla ilgili məqalələr yazıb, bir kitabımın redaktoru və ön sözün müəllifidir. Ayrı-ayrı illərdə həm mənim, həm də AYB Mingəçevir bölməsi üzvlərinin şeir və hekayələrini qəzetin oxucularına təqdim edib. AYB-nin Natəvan klubunda mingəçevirli yazarların əsərlərindən ibarət üç almanaxın təqdimat mərasimlərində fəal iştirak edib, dəyərli kəlmələr dilə gətirib...
Qəlbimin sevgi ucalığında yer alan şair-publisist dostumla dəfələrlə duz-çörək (düz çörək) kəsmiş, qəribliyin, yurdsuzluğun ortaq daşıyıcıları olmuşuq. 2005-ci ildə yazdığım və 2006-cı ildə “Adiloğlu” nəşriyyatında çap olunan “Gedirəm üzü payıza” adlı kitabımda yer alan aşağıdakı şeirim də elə bu ağrı-acının nişanəsidir:

[i]Əli Rza, canım sənə sadağa,
Doğru kəlmə niyə yatmır dodağa?
Şair dostum, necə dözdün bu dağa –
Perik düşən elin-oban necoldu?

Varmı gedib Xələfliyə qayıdan,
Off... hələ də tüstü qalxır tayadan.
Kim asıbdır yapıncını qayadan –
Dəryazın, orağın, yaban necoldu?

Tamarzıdır gur səsinə çaylağın,
Yağılara qismət oldu oylağan.
Ağlar qalıb Ziyaratda yaylağın –
Kürən kəhər, Sarı çoban necoldu?

Dağ döşündə qaldı balın, pendirin,
Nə yaxşı ki, üzülmədi “kəndirin”.
Axı, niyə tüstülənmir təndirin –
Daş bulağın, kərpic soban necoldu?

Tamarzısan kəkotya, yarpıza,
Saflıq qatdın həm çörəyə, həm duza.
Vəfalıymış...orda öldü Murtuza –
Göyçək Nisə, Dəli Şaban necoldu?

Soraqladın Qurbanini, Pərini
Əlin çatsa bağrına bas Dirini.
Heç nə verməz köhnə yurdun yerini –
De, əzəlki suyun, havan necoldu?

Yurd həsrətin gözdağıdır çoxuna,
Dədə Çinar de, girirmi yuxuna?
Gəyən düzü hələ gəlmir yaxına –
Qala dağın, Dordubaban necoldu?[/i
]

P.S. Bu gün səhər saatlarında AYB-nin Mingəçevir bölməsində kompüteri açıb çeşidli xəbərlərə göz gəzdirəndə, poçtolyon xanım açıq qapıdan işəri girib qalın bir zərfi masamın üstünə qoyub getdi. Zərfi açanda “Kredo” qəzetinin avqust-sentyabr aylarında çap olunmuş saylarını görən kimi, Əlirza müəllimin diqqətcil və səmimi bir insan olduğuna bir daha əmin oldum. Qəzetin ayrı ayrı saylarında görkəmli ədəbiyyatşünas alim Vaqif Yusiflinin və Əli Rza Xələflinin ədəbi yaradıcılığımla ilgili yazıları da var idi. Var ol, əziz qardaşım Əliza müəllim. Sənin yalnız özünə məxsus səmimiyyət Zirvən uzaqlardan baxanda da çox açıq-aşkar görünür. Bu zirvədə dayanmağı sən öz halal zəhmətinlə qazanmısan! Bu ucalıq, bu mənəvi sənət zirvəsi ancaq təmiz qəlbə, saf mənəviyyata, yüksək insani keyfiyyətlərə malik olan istedad sahiblərinə məxsusdur. Səsin-sorağın həmişə zirvədən gəlsin, əziz dostum, sevimli eloğlum ƏLİ RZA XƏLƏFLİ!

Qəlbimin sevgi ucalığında yer alan şair-publisist - Əli Rza Xələfli











İsmayıl Mərcanlı İMANZADƏ
21.09.2021
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar