Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Barmaqlarım köks ötürür saçında, O, özünü Tanrı kimi aparır!

Tarix: 19-09-2021 19:04     Baxış: 3862 A- / A+
Barmaqlarım köks ötürür saçında, O, özünü Tanrı kimi aparır!
Hikmət Nikbin

Barmaqları aparırdı özünü!

Xatirələr gileylənir ömürdən,
nə həyatdır, bu nə təhər ömürdü?
Ötürdüyüm axşamını ömür də
gah sevinir, gah hönkürür saçında ,
O, özünü Tanrı kimi aparır!

Gahdan yaxın, gahdan mənə uzaqdır,
Göstərməyim, ad çəkməyim yasaqdır,
Yenə həmin o vaxtlardır, o çağdır,
Barmaqlarım yuxu görür saçında!
O, özünü Tanrı kimi aparır!

Tanrı adlı dindən alır , aparır ,
Hərdən nədir, gündə alır, aparır ,
Məni ömür, gün də alır, aparır ,
Barmaqlarım köks ötürür saçında!
O, özünü Tanrı kimi aparır!

Asimanı yığıb, yığıb ovcuna,
Dənizləri sıxıb, sıxıb ovcuna,
Bu dünyanı çoxdan yıxıb ovcuna,
Barmaqları ömür hörür saçında!
O, özünü Tanrı kimi aparır!

Gördüklərim yuxum imiş sən demə,
O təbdə qız yoxum imiş sən demə,
Sevgilimə , sevgimə mən demərəm ,
O, özünü Tanrı kimi aparır!
O , özünü Tanrı kimi aparır !

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar