Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Könül yolçuluğu"muz davam edir - Yusuf Ziya Yılmaz

Tarix: 04-09-2021 21:16     Baxış: 4402 A- / A+
"Könül yolçuluğu"muz davam edir - Yusuf Ziya Yılmaz
Yusuf Ziya Yılmaz

Yusuf Ziya Yılmaz, Qarsın Sarıqamış rayonunda doğulub. 1986-cı ildə Van Yüzüncü İl Universitetinin Tədris fakültəsini bitirib. Kocaəlinin Gəbzə şəhərində müəllimlik edir.

DARIXDIM

Dünən əmanət etdiyin yuvaya getdim,

Qapıya, pəncərəyə baxıb qəhr oldum.

Nə anam var, nə sən varsan, qalmışam yetim,

Sən gedən yollara baxıb ağladım, ata.

Yandakı ev uçmuş, daşları tökülmüş,

Qonşuları soruşdum, onlar da köçmüş.

Üstündən nə acılar, kədərlər keçmiş.

Toprağını, saldığın bağçanı gəzdim,

Əllərinlə əkdiyin ağacı sevdim.

Oğlum, cənnət sənin evindir deyirdin.

Hördüyün daşlara baxıb ağladım, ata.

Qapı önündə can deyənçün darıxdım,

Lavaş bişirib al deyənçün darıxdım,

Gəl, getmə oğlum, qal deyənçün darıxdım.

Əlin dəyən daşı öpdüm, qoxladım, ata.



SƏN MƏNİM ƏN GÖZƏL KÖNÜL YARAMDIN

Sən mənim ən gözəl könül yaramdın.

Qabıq bağladıqca qanatdın,

qanadıb-qanadıb ağrıtdın.

Adım Yusif deyə,

sonsuz həsrət qoxulu

qaranlıq quyulara atıb,

eşqsiz, sevgisiz buraxdın,

Həzrəti Əyub səbriylə şükr etdirib,

qəmzələrinin çobanyastığı çuxurunda

hıçqıra-hıçqıra ağlatdın.

Vaxtsız incə-incə sızlayan,

acısına acı qatıb sevdiyim.

sevib-sevib ürəyimə sardığım.

Bir ovçu öldürən ahu gözünə

dənizlərim , yaylaqlarım dediyim.

Gülüşünün sahilində ağladığım,

həsrətini ürəyimdəki yanar dağda

qızğın alovlarda nar kimi

gözlərimə sıxıb dağladığım,

sən mənim ən gözəl könül sızıltım.

Sən mənim ən gözəl könül hekayəmdin:

Hərflərini Baburun gül bağçalarından,

hecalarını Tac Mahaldakı sevdalardan,

sözlərini Qızıl sahildəki işıldaböcəklərdən,

cümlələrini Yanardağın alovlarından,

sətirləri yasaq şairlərin şeirlərindən,

incitmədən naxış-naxış yazdığım,

qara qanlı gecələrdən ulduzlar toplayıb

ürəyimin ən gözəl guşəsinə

Ay işığında gül bəzəyən,

Günəşim dediyim baxışlarını

dünyanı aydınlatsın deyə asdığım,

gülüşlərinə ömrümün bütün illərini

sevə- sevə verdyim.

Ayazın qurd kimi uladığı,

sənsizliyin sümüklərimi dondurduğu,

Sarıqamışın fırtınalı, zülmət gecələrində

adının kölgəsinə sığınan çarəsiz bir xəstənin

son ümidlə dərman gözlədiyi kimi.

Gözləri yollarda bir ananın,

saqqalından göz yaşı süzülən

məzlum bir atanın

xeyirsiz, vəfasız övladını

gözləri qapıda gözlədiyi kimi.

Yetim bir uşağın bayram paltarını gözlədiyi kimi,

Əzrayıla son nəfəsini verən

ölüm döşəyindəki bir xəstənin

bir damla suyu gözlədiyi kimi,

Sən mənim ən gözəl könül həsrətimdin.

Nazilə Gültac təqim etdi...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar