Xəbər lenti
Könül yolçumuz Nuray Öngecdir

Könül yolçuluğumuz Nuray Öngecdirlə davam edir.
Nuray Öngec 1953-cü ildə Tarsusda doğulmuşdur. Anadolu Universitetinin ingilis dili fakültəsini bitirib. Uzun illər müxtəlif məktəblərdə müəllimlik etmişdir.
HƏYATDA YAŞAMAĞA DƏYƏR
Hava tutqun,
Ürəklərdə duman.
Bir udum işığa həsrət.
Susayıb, paramparça olub qəlblər.
Qəlblər qısır, qəlblər quraq,
Neçə canlar artıq torpaq.
Sınıb könül budaqları,
Solub, tükənib gözlər.
Qalmayıb nurları,
Səssiz harayla
Bir dilim ümidə möhtac insanlar.
Yaxşı ki, bu titrəşən alovların işığı var.
Dayansın boran, bitsin xəzan.
yazsın xudam gözəl fərman.
Yusun bütün dərdləri.
Silsin, təmizləsin,
İşıq saçsın sinələri,
yormasın ələmləri.
Hər şey sağ ikən gözəl,
Hər şey birlikdə gözəl.
Bir də sevərsən əgər,
Bax, o zaman
Həyat yaşamağa dəyər.
QAÇAĞAM
Dünya deyilən bu aləmə,
Peşiman oldum gəldiyimə.
Hey didişmə, qalxma- enmə.
Bezdim artıq, qaçağam.
Susub dayanıb, keçmir zaman,
Nə bir məqsəd, nə bir dərman,
Mövlam yazsın gözəl fərman,
Bezdim artıq, qaçağam.
Fələk bizə oyun edər,
Qədər isə qul nə deyər,
Batıb getsin ağır yüklər,
Çox yoruldum, qaçağam.
Qorxuram yolumu azmaqdan,
Qaçıb gedərək, yox olmaqdan,
Düşünüm gərək yenə başdan
Mən özümdən qaçağam.
Dayan qəlbim, nə olar dayan,
Bilirsən ki, gülcüdür mayan.
Nədir belə bu dəli olman.
Necə deyə bilirsən - qaçağam.
BU ŞƏHƏRDƏ
Eşqin gözəlliyi bürümüş
hər yeri bu şəhərdə.
Minlərcə ulduz yanır gözlərdə,
Yeddi deyil, yeddi min rəng çiçək
açmış könüllərdə.
Dörd fəsil yoxdu artıq.
Yalnız bir fəsil –
Eşq fəsli var.
Hər gün, hər sabah eşqlə başlar.
Hələ eşq dolu axşamlar.
Qəlbləri bir- bir sarar.
Burada hər şeyə eşq hopub.
Havada, suda, torpaqda.
Bir də bağırlarda eşq atəşi yanar.
Ölüm yoxdu heç kim ölmür.
Eşqsiz keçən bir ömür yox.
Ümidsizlik, bədbin olan da yox.
Bu şəhərdə.
Hüzur, cəsarət sarıb hər zərrəni,
hər kəs könüllü eşqə məhkum.
Dillərdə eşq şərqiləri.
Qəlblər sevgiyə bağlı.
Eşqin gözəlliyi bürümüş hər yeri,
ölüm yoxdu, heç kim olmür.
Hər kəs könüllü
eşqə məhkumdu bu şəhərdə.
Təqdim edir; Nazilə Gültac
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar