Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Eldar İsmayıloğlu: "Mən zalım bir sükutam axı..."

Tarix: 30-08-2021 19:27     Baxış: 3520 A- / A+
Eldar İsmayıloğlu: "Mən zalım bir sükutam axı..."

"...Asma özünü sevişən ağaclardan, günahdı.
Mən zalım bir sükutam axı..."


Manevr.az Eldar İsmayıloğlunun yeni şeirini təqdim edir:

***
Hamı qaranlığa daş atır, gözünə gün düşə-düşə...
Sən də xatirələrini çox əzizləmə,
Qaldıqca tündləşir şərab təki.
Səhərəcən içsən də göy üzün ağ çıxmaz...

Adamlar bir-birini dişinə vurur, gözlərinin yorulduğu yerəcən,
Sonra da Allahı geyinib, atılırlar suların durulduğu yerəcən.

Asma özünü sevişən ağaclardan, günahdı.
Mən zalım bir sükutam axı...

Ləpirlərində yüyürməyim sevindirməsin səni.
Xoşbəxt adam qaranlıq təkidi,
Bir ovuc da olsa gün işığına çəkər ömrünü.
Qorxma, qara yağışlar şam işığına verməz səni.
Çünki payız xoşbəxt adamın içidir.
Çünki içi köz olur yağış adamın.
Büründüyün yağışın yaxasını aç və bütün təbəssümləri
Çək başına,
Yanıb kül olanda ovunarsan...
Gedək, hamının sevmədiyi qadın.
Gedək, bir az da göy üzünü daşıyaq uça bilməyən quşlara...

Eldar İsmayıloğlu
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar