Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Əlim əlinə dəyəndə, bütün şifrələr açılmışdı" -ŞEİR

Tarix: 20-08-2021 09:12     Baxış: 3179 A- / A+
"Əlim əlinə dəyəndə,  bütün şifrələr açılmışdı"

"Könül yolçuluğu"muz bu dəfə şair İsmayıl Başbunarla davam edir. İ. Başbunar 1981-ci ildə Türkiyədə doğulub. Kütahyada yaşayır.


QISA BİR FİLM

Əlim əlinə dəyəndə,

bütün şifrələr açılmışdı.

Yanağına bir busə qonduranda,

cənnətlə, cəhənnəmin arasıydı.

Xatırla, gözlərini yumub öpdüyünü-

okeanlar coşurdu.

Nə yağış, nə günəş eynimizə deyildi.

Saçların astaca dəyib üzümə

əzizləyirdi.

Yumşaq nəfəsin toxunurdu.

Dayan, dedin birdən.

Düşürmüş kimi göy üzündən.

Sonra özünü düzəldib,

yumşaq nəfəsini yenidən

yorğun boynuma doladın.

Gözlərini yumub aydınlığa,

Uçan bədənini sardın bədənimə.

Yer üzünü söylədim qulağına.

Xəfif əsən külək kimiydin.

Anladım.

Sevgin işğal edirdi torpaqlarımı.

Özümü buraxırdım limanına.

İllələrlə əsməyən

bir yel çırpılırdı qayalıqlarıma.

Bizim istəyimiz yerə qədərdi.

Yüklərimizdən xilas olmuşduq.

Uzun sürmədi – iki saatlıq filmiydi.

Qalsın xatirə dəftərimdə.


ATAMIN OLDUĞU YERDƏYƏM

1881-ci ildə.

Mavi gözlü, sarı saçlı

Düz vaxtında bir oğul doğuldu.

Atam, indi doğulduğun yerdəyəm.

Əli Rza əfəndinin gözü,

Zübeydə xanımın can sözü,

Mustafa Kamal adında ,

Atam, nəfəs aldığın yerdəyəm.

Trablusqarpdan Balkanlara,

Dumlupinardan Kocatəpəyə,

Ankaradan Çanaqqalaya

Atam ayaq basdığın yerdəyəm.

Tarladan sənayeyə,

Ordudan siyasətə,

Elmdən fənnə,

Atam, göstərdiyin yerdəyəm.

“Ordu, ilk hədəfimiz Ağ dənizdir, irəli!

Əfəndilər, sabah Cumhuriyyət quracağıq,

Ey Türk qadını sən yerdə sürünməyə deyil,

Çiyinlər üzərində göylərə yüksəlməyə layiqsən!”

Atam, dediyin yerdəyik.

Bu gün on noyabr,

Gözümdə yaş damlası səninləyəm,

Boğazım düyümləndi birdən.

Atam, sözün bitdiyi yerdəyəm.


YAXDIĞIN YERDƏYƏM

Gələndə bahar,

gedəndə yetim bir uşağam.

Hər dəfə göz yaşlarım axsa da,

mənim üçün dünyanın son dayanacağısan.

Sənin üçün mən kim olduğumu bilmədən

yaşamaq istəyirəm.

Sus,

dinlə içimdəki fırtınadan

daha qüvvətli sənsizliyi,

Dinlə içimdəki sənsiz, səssiz quyuları,

Quyulardakı amansız bağırtılarımı,

Nəfəsimi udaraq, içimdəki səni dinləyirəm,

Dinlədikcə yaşadığımı xatırladırsan.

Atəşli gözlərini çox gec gördüm.

Gözlərində anidən yanmış bir vulkanam

Yaxdığın yerdə qalmışam,

yenə də yanmaq istəyirəm.

Kül olana qədər yax, yandır məni nə olar.

TƏQDİM ETDİ: Nazilə GÜLTAC

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar