Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qəbələ yazarlarının növbəti tədbiri keçirilib

Tarix: 12-08-2021 16:47     Baxış: 3257 A- / A+
Qəbələ yazarlarının növbəti tədbiri keçirilib

Qəbələ yazarlar birliyinin növbəti yığıncağı keçirilib.

Manevr.az-ın xəbərinə görə, tədbirdə birliyin 15 nəfər üzvü iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair, jurnalist Namiq Dəlidağlı tədbirə qonaq qismində qatılıb.

Yığıncağı giriş sözüylə birliyin sədri Rəna Mahmudova açaraq iştirakçıları salamlayıb. Sonra ənənəvi qaydada birliyin üzvləri öz şeirlərini səsləndirib. Görüşdə həmçinin, tanınmış şairlərin şeirlərinə müraciət edilib.

Həmin günə təsadüf edən birliyin sədr müavini Gülxar Vəfalının doğum günü məclisi daha da yaddaqalan edib.
Təbiət qoynunda təşkil olunmuş tədbir səbəbkarın şərəfinə deyilən xoş sözlər, ünvanlanan təbriklər və həmkarları tərəfindən şəninə həsr olunmuş şeirlərin səsləndirilməsi ilə davam edib. Üzvlər tərəfindən ifa olunan xalq mahnıları tədbirə gözəllik qatıb.

Birlik üzvlərindən Fəxrəddin Babayev, Mərziyyə Əfəndiyeva, Pərvanə Ağayeva, Rəsul Həmid, Zemfira Cəfərova, Elza Əliyeva, Elmira Abdurahmanlı və qonaqlardan Cəlil Komradlı, Elçin Dönməz, Asim və digərləri çıxış edərək, Gülxar Vəfalıya uğurlar arzulayıblar.

Sonda birliyin qonağı olan Prezident təqaüdçüsü Namiq Dəlidağlı özünün yeni şeirlər kitabını birliyin üzvlərinə hədiyyə edib.

Rəna Mahmudova

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar