Xəbər lenti
Eldar İsmayıloğludan yeni şeir: "Üzün ağ olsun göy üzü..."

"...Son nəfəsində adam öz alnından öpürsə,
Payız pəncərələrin yorulmuş tərəfindən ,
səni öz ölümünə
sağ-salamat yola salacaq..."
Manevr.az Eldar İsmayıloğlunun yeni şeirini təqdim edir:
***
Sevgisi bitən ağaclar
köçdü ocaqlara, yuvalarsa xatirələrə...
Adamlar yağış dilində oxunduqca,
sevdalar da balıq təbəssümündə yandılar.
Sonuncu ümidlərin şəkillərini
yarpaqlar özüylə apardılar.
Payızı yandıran da o oldu...
Bütün məğlubiyyətlərinə gecikən adam
Əriyər, durulmaz.
Kim bilir ki, hansı fəsil daha tez gələcək...
Son nəfəsində adam öz alnından öpürsə,
Payız pəncərələrin yorulmuş tərəfindən ,
səni öz ölümünə
sağ-salamat yola salacaq...
Sevgi Tanrı öldürməyədi çünki
ondan o yana gecələr üzüağ çıxır səhərə.
Üzün ağ olsun göy üzü, adamın lap alnına bənzəyirsən.
Sevgisi bitən ağaclar da fahişələr təkidi,
adamlar yandırar, sındırar ancaq...
Eldar İsmayıloğlu
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar