Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Köçkün qəsəbəsində “Zəfər yolunda” kitabının təqdimatı keçirilib - ŞƏKİLLƏR

Tarix: 23-07-2021 23:02     Baxış: 3301 A- / A+
Köçkün qəsəbəsində “Zəfər yolunda” kitabının təqdimatı keçirilib - ŞƏKİLLƏR

Bu gün Biləsuvar rayonu ərazisində salınmış 4 saylı qəsəbədə yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında 44 günlük vətən müharibəsində igidlik nümunəsi göstərərək, şəhidlik zirvəsinə ucalmış, Cəbrayıl əsilli 35 şəhidin şərəfli döyüş yolundan bəhs edən “Zəfər yolunda” kitabının təqdimat mərasimi keçirilmişdir.
Köçkün qəsəbəsində “Zəfər yolunda” kitabının təqdimatı keçirilib - ŞƏKİLLƏR

Tədbirdə şəhid ailələrinin, qazi və rayon ictimaiyyəti nümayəndələri, Qarabağ əlilləri iştirak etmişdir. İlk öncə torpaqlarımızın bütövlüyü və düşməndən azad edilməsi naminə qəhrəmanlıq nümunəsi göstərməklə, şəhidlik zirvəsindən Tanrı dərgahına yollanan qeyrətli vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləndə sonra, Cəbrayıl rayon İH-nin başçısı Kamal Həsənov İkinci Qarabağ Müharibəsində xalqımıza Zəfər sevinci bəxş edən şəhidlərin döyüş yollarından, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açmış, qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq qələmə alınmış “Zəfər yolunda” kitabının bu yönümdə atılan bir addım olduğunu diqqətə çatdırmışdır. Kitabın on gün qabaq paytaxt Bakıda da təqdimat mərasiminin keçirildiyini vurğulayan rayon rəsmisi, sonda kitab müəlliflərinə təşəkkür etmişdir.
Köçkün qəsəbəsində “Zəfər yolunda” kitabının təqdimatı keçirilib - ŞƏKİLLƏR

Kitabın həmmüəllifi Tanınmış şair-publisist İsmayıl İmanzadə həmyerlilərinin son 27 il ərzində doğma ata-baba yurdlarına qayıdacaqları günləri həsrətlə gözlədiklərini, 44 günlük İkinci Qarabağ Müharibəsində düşmən üzərində qazanılan qələbənin hərb tariximizə qızıl hərflərlə yazıldığını söyləmiş, kitabın araya-ərsəyə gəlməsində mənəvi dəstəklərinə görə rayon rəhbərliyinə, Millət Vəkili Ceyhun Məmmədova, tanınmş rayon ziyalılarından Əlirza Xələfliyə və Şakir Albalıyevə minnətdarlığını bildirmişdir.

Kitabın digər həmmüəllifi Tariyel Abbaslı Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun keçdiyi şərəfli döyüş yolundan danışmış, yazılan kitabın qəhrəman şəhid oğullarımızı tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir.

Cəbrayıl rayon 14 saylı məktəbin direktoru Sabir Aslanov, şəhid ataları və anaları adından şıxışlar edən Vəli Hüseynov, Sərməst Mustafayev, Əşrəf Qəhrəmanov və iki şəhid anası qəhrəman övladlarından bəhs edən kitaba görə rayon rəhbərliyinə və kitab müəlliflərinə minnətdarlıqlarını bildirmişlər. Rayon qaizəri adından çıxış edən Nemət Qəhrəmanov isə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə də böyük töhfə verəcəyini əminlik hissiylə sörləmişdir.

Tədbirin sonunda şəhid ailələrinə və təqdimat mərasiminin iştirakçıların “Zəfər yolunda” kitabının yüzə yaxın nüsxəsi hədiyyə edilmişdir.

Manevr.az
Köçkün qəsəbəsində “Zəfər yolunda” kitabının təqdimatı keçirilib - ŞƏKİLLƏR
Köçkün qəsəbəsində “Zəfər yolunda” kitabının təqdimatı keçirilib - ŞƏKİLLƏR
Köçkün qəsəbəsində “Zəfər yolunda” kitabının təqdimatı keçirilib - ŞƏKİLLƏR
Köçkün qəsəbəsində “Zəfər yolunda” kitabının təqdimatı keçirilib - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar