Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Hərdən çiçək yığıram, yoxluğuna düzürəm..." - Əli Ruzgar

Tarix: 19-07-2021 13:24     Baxış: 3238 A- / A+
"Hərdən çiçək yığıram, yoxluğuna düzürəm..." - Əli Ruzgar

"...Deyirlər, "təbəssüm ömrü uzadır",
Üzümə gülmədin, canın sağ olsun..."


Manevr.az gənc şair Əli Ruzgarın yeni şeirlərini təqdim edir:

Ümidsizlik

Tellərinin ətrini,
Çiçəklərdə gəzirəm.
Ümidim var hələ də,
Həsrətinə dözürəm.

Gah şəklinə baxıram,
Gah köksümə sıxıram.
Hərdən çiçək yığıram,
Yoxluğuna düzürəm.

2×2

Səni düşünürəm.
Düşüncələrim,
Sənli fikirlərə, düşlərə möhtac.
Səni düşünürəm.
Səni düşünmək,
Yarı başağrısı, yarı ehtiyac.

And

Rənglərin ən gözəli,
Çiçəklərdə olandır.
Ağ,
Sarı,
Narıncı və digərləri.
Rənglər də duyğular qədər özəldir.
Və,
And olsun çiçəklərə;
Adicə bir təbəssüm,
Ən yaraşıqlı çiçəkdən də gözəldir.

Canın sağ olsun

Düşün ki, dünyanın sonu bu gündür,
Bu gün də gəlmədin, canın sağ olsun.
Deyirlər, "təbəssüm ömrü uzadır",
Üzümə gülmədin, canın sağ olsun.

Ayrılıq qisməti olmadı, kimin?
Tənhalıq ölümə yaradır zəmin,
Sənə qarşı olan saf məhəbbətin,
Qədrini bilmədin, canın sağ olsun.

Yenə külək əsir, şimşəklər çaxır,
İntizar adamı yandırıb yaxır.
"Ayrılsaq ölərəm" demişdin, axır
Ayrıldıq ölmədin, canın sağ olsun.

Əli Rüzgar
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar