Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin “Təmrin” dərgisi Mirzə Fətəli Axindzadə haqqında xüsusi buraxılış dərc edib

Tarix: 04-07-2021 18:16     Baxış: 4243 A- / A+
Türkiyənin “Təmrin” dərgisi Mirzə Fətəli Axindzadə haqqında xüsusi  buraxılış dərc edib

Azərbaycanın görkəmli dramaturqu, maarifçisi Mirzə Fətəli Axundzdənin anadan olmasının 143-cü il dönümü ərəfəsində Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Mərkəzi və Türkiyənin “Təmrin” dərgisinin birgə layihəsi - “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində dərginin Mirzə Fətəli Axindzadə sayı işıq üzü görüb.

Manevr.az xəbər verir ki, xüsusi buraxılış Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Mirzə Fətəli Axundov haqda fikirləri ilə bağlayır.

Dərginin 116-cı xüsusi buraxılışında xalq yazıçısı Anarın, millət vəkili Cavanşir Feyziyevin, akademik İsa Həbibbəylinin, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın, professor Cavanşir Yusiflinin, f.f.e.d. Şahbaz Şamıoğlunun, ədəbiyyatşünaslar Mətanət Vahid və Tural Adışirinin, şair Səlim Babullaoğlunun məqalələri dərc edilib. Eyni zamanda görkəmli dramturqun həyat və sənət barədə fikirləri, geniş bioqrafiyası, Şəki və Tiflisdəki ev muzeylərindən geniş foto-materiallar, habelə Bakıda şairin adının əbədiləşdirilidiyi abidələr və yerlərin fotoları, zaman-zaman M.F.Axundzadə ilə bağlı fikir söyləmiş, dünyanın və Azərbaycanın tanınmış insanlarının fikirləri yer alıb.

“Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu” (Şərqin Volteri - Mirzə Fətəli Axundzadə) yazısını millət vəkili, Cavanşir Feyziyev bu sözlərlə bitirir: “Azərbaycan mədəniyyət düşüncəsinin milliləşməsində, ictimailəşməsində, siyasiləşməsində, müasirləşməsində və demokratikləşməsində, dünyaya açıqlıq keyfiyyətləri qazanaraq universallaşmasında həlledici tarixi rol oynayan Mirzə Fətəli Axundzadə ilə, doğrudan da, tariximizin köhnə dövrü bitir, yeni zaman başlayır. Heç şübhə yoxdur ki, yeni zamanda Azərbaycanın müstəqilləşməsində, suveren demokratik respublika kimi dünya dövlətləri arasında özünəlayiq yer tutmasında Mirzə Fətəli Axundzadə ideyalarının xüsusi payı və həlledici əhəmiyyəti olub”.

Xüsusi buraxılışı nəşrə şair Səlim Babullaoğlu hazırlayıb. Dərginin naşiri Şərəf Yılmaz, layihənin kordinatoru Bəxtiyar Səlimov, mətnlərin türkcəyə tərcüməçisi Ömər Kiçikməhmədoğludur.

Dərgi Türkiyənin bir çox kitabxanalarına, habelə təhsil müəssisələrinə təqdim edilir. Və Mirzə Fətəli Axundovun çağdaş Türkiyədə tanıdılması istiqamətində ilk böyük nəşrdir.

Qeyd edək ki, layihə millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin dəstəyi ilə həyata keçiririlir. Layihə çərçivəsində indiyədək “Təmrin” dərgisinin Rəsul Rza, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadəyə həsr olunuş xüsusi sayları işıq üzü görüb./kult.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar