Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Neslihan Dağlı: "Ölürəm xəyallarımın qaranlıq meydanında..."

Tarix: 26-06-2021 14:23     Baxış: 3889 A- / A+
Neslihan Dağlı: "Ölürəm xəyallarımın qaranlıq meydanında..."

Neslihan Dağlı, əslən Adanalı olsa da Qaziyəntəpdə doğulub. Koncervatoriyada oxuyub. Radio və tekstil sahəsində işləyib. Uzun və qısa metrajlı iki fimdə çəkilib. Şeirlər yazır. 3 şeir kitabı çap olunub. İkinci şeir kitabı 2016- cı ildə Azərbaycanda mükafat alıb. Adanada “ Söz” qəzetində çalışır.

BİRDƏN GÖRƏ BİLMƏSƏM

Uğuldayan rüzgar, neçə fırtına lazımdı
Sənə yetişməyə.
Qınından çıxarıb paslı xəncəri
Neçə dəfə köksümə saplamaq lazımdı.
Ölürəm xəyallarımın qaranlıq meydanında.

Dan yeri ağarmır, de ona.
Neçə keçim qışın soyuğunda sudakı Ay işığını.
Neçə dəfə dua etməliyəm Tanrının lütfünə.
Tarix büsbütün yalan, dildəki yaram sağalmır.
Deyirəm ümidə yazım, ümid də gülür.
Hələ çox şey var, görə bilmədiyim.

ATƏŞ BƏXTLİ

Hüzn çiçəkləri böyüdürəm içimdə,
İsanın çarmıxa çəkilməyini izləyirəm.
Ölən uşaqlarını kəfənlərindən
çıxartmağa çalışır analar.
Dualarının qarşılığıymış
oda qismət olmaq;
Bu kainatda qadın,
bir də uşaq
saysız- hesabsız qayğı yükündə.
Amma kişilər həmişə baş rolda.
Aciz olmaq deməkdir;
uşaq olmaq, ya qadın olmaq.
Bu dünya keşməkeşində
özünüzə saxlayın artıq o çiçəkli, böcəkli
doğru olmayan nidalarınızı,
hərflərinizi, kəlmələrinizi, cümlələrinizi, yazılarınızı,
haraya göndərəcəyinizi bilmədiyiniz çiçəklərinizi,
bəxtimə saldığınız naxışınızı.
Necə olsa da doyrmur gözünüz, acgöz nəfsiniz
Siz ey eşqi kirləndirib həzzə varanlar.
Qəlbinə bir sərçə toxunuşu bəs edəcək qadınları öldürdünüz.
Bir sərçənin son qanad çalmasına tale yüklüydü onlar.

DİLƏK AĞACI

Kədərliyəm, Amir!
Səsim qırılıb,
Cümlələrim tikiş tutmur bu aralar.

Əlimi nəyə atsam, köksüm ağrıyır.
Qəlbim yarpaq kimi küləklərdə sovrulur.
Saçlarım!
Saçlarım unudulmuş dilək ağacı!
Amir!

YAĞIŞDAN ÖNCƏ

Ola bilər bir gün rastlaşaq,
Yağışdan öncə portağal çiçəklərinin
sərxoş edən qoxusunun tilsimiylə.
Sarı isti bir şəhərdə qaldığımız yerdən
Heç bir şey olmamış, incidilməmiş,
sevgimiz heç bitməmiş kimi sarılaqmı?

QUMRUNUN ƏLLƏRİ

Divarları özlərinə məskən bilən
Kimsəsiz uşaqlar,
Dumanlar içindəydi gözlədiyim gəmi.
Nimdaş nağıllardan
sünbül sevinci səpərdim,
yanıb kül olan xəyallarıma.
Ürəyimin qapılarını açdım.
Qanad çaldı qəlbimin sevinci qumrular
əngin dənizlərə varmaq üçün.

Təqdim etdi: Nazilə Gültac
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar