Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Laylanla dindirdin göz yaşlarımı - ŞEİR

Tarix: 21-06-2021 14:10     Baxış: 2239 A- / A+
Laylanla dindirdin göz yaşlarımı - ŞEİR
Hacı Bayram Arslantaş

Hacı Bayram Arslantaş 1954-cü ildə Sivasda dünyaya gəlib. Uzun illər Ziraat bankında işləyib. 2013- cü ildə təqaüdə çıxıb. Şeirlər yazır. Evlidir, üç övladı var.

ADDIM-ADDIM ANADOLU

Burum-burum çiçək dolu, kəklikotulu,
Nazlı-nazlı uçan durnalı, kəklik dolu,
Dağlarında ceyran dolu, maral dolu,
Bura gülüm, canım Anadolu.

Bax tarixinə, igid dolu, əfə dolu,
Bax musiqisinə, halay dolu, zeybək dolu,
Bax mətbəxinə, ayran dolu, şorba dolu,
Bura udum-udum Anadolu.

Yaylağında qoyun dolu, quzu dolu,
Bağçasında səbzə dolu, meyvə dolu,
Evlərində ata dolu, ana dolu,
Bura addım - addım Anadolu.

Nə xoş, möcüzəli delfin dolu, rum dolu,
Yaşanmış sevdalar Fərhad dolu, Şirin dolu,
Veysəlin sazında türkü dolu, nəğmə dolu,
Bura qurban olduğum Anadolu.

ANAM

Qurban olum sənə, anam,
Laylanla dindirdin göz yaşımı,
Dizlərində böyütdün başımı,
Anam, anam, canım anam.

Yemədin yedirdin,
Geymədin, geydirdin,
Qırx dərədən su gətirdin,
Anam, anam, canım anam.

Sən yuxunu haram etdin,
Bütün gücünü sərf etdin,
Min zəhmətlə böyütdün,
Anam, anam, canım anam.

Ana, sən bir mələksən,
Anaların sultanı anam,
Dərdlərimizə ələksən,
Anam, anam, canım anam.


XATİRƏLƏR

İnsanın unutmadığı,
Ağlından heç çıxarmadığı,
Pulla da satmadığı,
Tək şey var, o da xatirələr.

İnsan qəlbində iz buraxan,
Odur hər kəsi yaşadan,
Bizə keçmişi xatırladan
Tək şey var, o da xatirələr.

İzi illərlə bitməyən,
Dünya batsa da batmayan,
Varlığı qəlbdən getməyən,
Tək şey var, o da xatirələr.

Sevdadır, eşqdir ikimizdə,
Qəmdir, kədərdir mənimizdə,
Həmişə tərdir içimizdə,
Tək şey var, o da xatirələr.

KİTAB ÜZÜ

Kitabın üzü hər şeyi saxlayır,
Nə sirlər gizlənib onun altında.
İçində nə sevda, nə eşqlər yatır.
Nələr gizlənib onun altında.

Gah Şirinin eşqini yazar,
Mövlanənin səması onda dönər,
Kitab içində dünyalar üzər,
Nə sirlər gizlənib onun altında.

Nə dərdlər gizləyər əsrlər boyu,
Dünya dəyişsə də qeyb olmaz soyu,
Sirr yüklü kitablar dərin bir quyu,
Nə sirlər gizlənib onun altında.

Uyğunlaşdırdı Nazilə Gültac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar