Xəbər lenti
Vətən mənə satqın desə...

TOMRİS ƏSGƏRLİ
Kim deyir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, niyə mənim vətənimsən, ayrılıbdı könül candan, Azərbaycan, Azərbaycan. Düşdün uğursuz dillərə, nəhs aylara, nəhs illərə, nəsillərdən nəsillərə keçən elə dərdi-sərdir, oğlun, qızın dərbədərdir.
Kimlər ki səndən gen düşür, talelərinə gün düşür, yadına nə vətən düşür, nə də boğar illər onu, qınamasın ellər onu. Bir tərəfin bəhri-Xəzər, onun da hər yanı hasar, gedənlər dolanlar, gəzər, gah Türkanı, gah Hövsanı, dəniz uzaq, ömür yarı. Hey baxdıqca bax millətə, qaragün, üzüağ millətə, bu zülümə, bu zillətə könül istər şeir yaza, qocalırıq yaza-yaza. Könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan, nə yaxından, nə uzaqdan, gəlmir Lazımın da səsi, Qarabağın şikəstəsi.
Gözəl vətən, yaran dərin, beşiyisən dərdin-sərin! aşıq deyər sərin-sərin, sən bəlanın qucağısan, münaqişə
ocağısan.
Satqın yazar, yaltaq əsər, məzlum dərddə, məmur kefdə, əlin qələm, sinən dəftər, başın daşlı, bağrın qandır, de gəlsin hər nəyin vardır. Bir dön bizim Bakıya bax, küçələri tıxac-tıxac, işsizləri hayqıraraq qayıdıb gedir kəndlərə, işıqlanır hər dağ, dərə!
Gözəl vətən! O gün ki sən, qara baxtlı bir səhərdən
İlham aldın... yarandım mən... Daha dalın deyəmmirəm.
P.S. Torpağın yadın, sınıb qanadın, üzür manatın, şöhrətim, adım, Azərbaycan!
P.P.S. Vətən mənə satqın desə, nə dərdim, qaçqın olub Avropaya köçərdim.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar