Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Könül yolçuluğumuz - Nazilə Gültac təqdim edir

Tarix: 10-06-2021 20:46     Baxış: 2298 A- / A+
Könül yolçuluğumuz - Nazilə Gültac təqdim edir
Mahmut Özkoca

Sözə, sənətə hörmət və məhəbbət insanı daxilən təmizləyir, saflaşdırır. Ədəbi əlaqələrin qurulması, söz adamlarının bir araya gəlməsi, yazdıqlarını paylaşması ədəbi, əbədi münasibətə vəsilə olur. Bu üzdən Türkiyəli tanınmış yazar, şair Coşkun Karabulutla birlikdə məqsədimiz ölkələrarası ədəbi əlaqələrə bir töhfə vermək, söz- sənət adamlarını bir araya gətirmək, onların əsərlərini çap etdirib, tanıtmaqdır.

Şair qardaşım Coşkun Karabulutla birlikdə “Könül körpüsü” layihəsinə əsasən Türkiyəli 10 şair, yazarın şeirlərindən ibarət 10 toloji kitabını hazırladıq. Kitabda Caşkun Karabuludun, Çafak Ahmet Denizin, Şahsene Camızın, Mine Sarmışın, Mahmut Özkocanın, Fatma Bacaranın, Burcu Yılmaz Sayılğanın, Selma Çengizin, Eser Tunçoğlunun, Fahrı Eryılmazın şeirləri yer aldı. Professor yazar Yelda Özsunarın “Universal simfoniya” kitabını, Fatma Bacaranın” Payız gəlini”, Sahsene Camızın “Günəş yüklü nağıllar” kitabını da, 10 tolojini də bizim türkcəyə uyğunlaşdırdım. Hal – hazırda yeni bir antoloji kitab hazırlayırıq.

Türkiyənin tanınmış yazarı, şair Coşkun Karabulut və onun başçılıq etdiyi Fəthiyə Ədəbiyyat qrupu gözəl Azərbaycanımıza yenidən gələcəklər.

Bakı onları günəşli, mehriban ürəyi ilə qarşılayacaq... Əksəriyyəti Azərbaycana ilk dəfədir gəlir.

Bilirəm ki, vətənimizin gözəlliyi, onları valeh edəcək. “ Könül körpüsü yolçuları ”-nın Azərbaycan Yazıçılar Birliyində Natəvan klubunda çox möhtəşəm açılış tədbiri olmuşdu. Sonra vətənimin dilbər guşələri olan Xaçmazda, Şəkidə, dostluq şəhəri olan Sumqayıtda ədəbi aləmin və digər sahələrin insanları ilə maraqlı, yaddaqalan toplantıları, görüşləri baş tutmuşdu.

Şəhərlərimizin tarixi, mədəni ocaqları ilə yaxından tanış olmuşdular. Bakıda dəniz sahili, Xaçmazda Heydər Əliyev Mərkəzinin binası, müxtəlif heykəllərin yer aldığı park, Şəki Xan sarayı,qədim daşlı yollar, Bakıda Şirvanşahlar sarayı, Qız Qalası, Üç qüllə yazar dostlarımın həm kameralarında, həm də yaddaşlarında silinməyən kadrlara köçdü. Şükür Qarabağımız xain düşmənlərdən azad olub. İnşallah oralara da gedəcəyik..

Yeni dostluqlar, əlaqələr yarandı. Coşkun abi ilə mənim istədiyimiz də bu idi. Həm Türkiyəli, həm Azərbaycandan olan yazar və elm adamlarını bir- biri ilə tanışdırmaq, könüllərə körpülər salmaq ən böyük istəyimizdir. Amalımız bundan sonra qardaş Özbəkistan, Qazaxistan, Qırğızıstan və digər qonşu ölkələrdəki yeni- yeni könül insanları ilə münasibətlər qurmaq, könül körpüsü salmaqdır. Çünki ictimai- siyasi arenadakı hadisələr bir daha göstərdi ki, biz qardaş ölkələr bir olmalıyıq, birlikdə mücadilə etməliyik. Tarix birliyi , dostluğu sevir. Birlik olan yerdə zəfər çalınır.

Getdiyimiz hər şəhər öz istedadlı insanları ilə hər birimizin qəlbimizi riqqətə gətirmişdi. Əməkdar jurnalist, siyasi icmalçı Azər Həsrətin, “Manevr.az “ saytının təsisçisi və rəhbəri, istedadlı qələm sahibi Namiq Dəlidağlının da bizimlə olması ayrıca bir rəng qatmışdı səfərlərimizə.

Beləcə günlərimiz bir – birinə calandı, hər görüş min görüşə körpü oldu.

“Könül körpüsü yolçuları” proqramının həyata keçməsində bizə mənən dəstək olan, yanımızda olan, bizimlə sevincimizi paylaşan, əməyi keçən hər kəsə minnətdaram. Vətənim Azərbaycanda şeirə, sənətə verilən böyük dəyərə görə qürur duydum. Qardaş Türkiyəli yazarlara qarşı olan məhəbbətdən qürur duydum. Unudulmaz şairimiz Səməd Vurğunun bu iki misrası dodaqlarımın arasından sürüşüb qulaqlara doldu:

Bizdə şeir də var, sənət də vardır,
Şairə, sənətə hörmət də vardır.

Dünyada söz və sənət əbədi qalandır. Xudafərin körpüsündən də keçəcəyik.

Bu dəfəki könül yolçumuz:

Mahmut Özkoca

Mahmud Özkoca 1971- ci ildə Antakyada doğulmuşdur. Oxumağa , yazmağa kiçik yaşlarından böyük maraq göstərmişdir. “ Könüllər açılınca” adlı ilk kitabı 1993- cü ildə çap olunmuşdur. 7 şeir kitabı, 6 araşdırma kitabı, 2 roman , 34 uşaq , 6 dərs vəsaiti kitabları var.


PAYIZ EŞQİ


Son baharın ən gözəl günüydü,
yarpaqlar yaşıl, çiçəklər açmışdı.
Yellənən yarpaqlar arasındaydın,
saçların rüzgarla rəqs edirdi.

Əlində çətir, gözün nəmliydi,
qəlbim döyünürdü addımlarında.
Yarpaqlar yalnızlığımı sovurdu,
ən dərin quyuya düşdüm gözündə.

Dodaqlarından süzülən sözlər
həm var, həm yox kimiydi.
Xəfif- xəfif ruhumu oxşayırdı,
heç tükınməyəcək kimiydi.

Gülə- gülə yaxınlaşdın, qucaqladın,
Qollarımda qaldı istiliyin,
Nağıllara, hekayəyə döndün,
Məndə qaldın.

Son baharda ağlamaq da gözəldi.
Səndən qalan sön sözlərindi.
Göy üzündən axan göz yaşlarındı,
Cəhənnəmin cənnətimdi.

Artıq son bahar getdi, yoxluğun gəldi.
İndi nə əllərin var, nə də aldadan gözlərin,
Yarpaqlar əzilib ayaqlar altında,
Tanrı gülüb oynayır, indi yalnızdı qəlbin.

SƏNƏ GƏLSİN

Könül qapımı açıb gəldim,
Gözləri sənə gətirib gəldim,
Qaşları qara, ey nazlı yarım,
Günahlarımı soyunub gəldim.

Əllər nə desə, xoş- xoş dinlərəm,
Adını əzbərdən söylərəm,
Səsində nə qəzəllər dinlərəm,
Eşqimi torpağa gömüb gəldim.

Neyləyim ki, indi bir qış mövsümü,
Qəlbimdəki qardələnlər qurumuş,
Cənnət də cəhənnəmə çevrilmiş,
Cənnətimdən qovulub gəldim.

Sənə kainat gözəlim deyirdim,
Ahımla min gözəli yerə sərdim,
Hər şeyə rəğmən səni sevdim,
Sənə Tanrımsan deməyə gəldim.

EŞQƏ ÜSYAN

Bədənim ölüb, ruhum dərbədər,
Sənin varlığın da yoxluğuna tən,
Bir ölənin xatirə dəftəriyəm,
Səhifələr buz, sətirlər atəş.

Sənə qəlbimin eşqini verdim,
Hər vurğusunu dinlə sevgiylə,
İndi darıxmışam hardadır o eşq.
Eşqin qatilidi sözdəki atəş.

Canlandı dildə mahnılar,
Dilə gəldi kaman, sazlar,
Bitib tükənərdimi arzular,
Gözlərində yansaydı atəş.

Mövsümlər gəlib keçir içimdən,
Baharı sildim lüğətimdən,
Xəzan mövsümüdür hökm sürən,
Qəlbim- buz dağı içində atəş.

Təqdim etdi
Nazilə Gültac,
“Könül yolçuları” layihəsinin rəhbəri.
Yazar, həkim

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar