Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Cavid Fərzəli: "Hələ də yaşayıram kor radionun səsində..."

Tarix: 30-05-2021 10:02     Baxış: 3487 A- / A+
Cavid Fərzəli: "Hələ də yaşayıram kor radionun səsində..."

"...Heyif,
evimizə bir gülüş ala bilmədim ki,
günəşin canı qurtarsın pəncərəmdən..."


Manevr.az Cavid Fərzəlinin yeni şeirini təqdim edir:

***

Ac bir pul qabıya çörək olmaq istəyirəm...
Qoy çiçəkli inqilablar çörək aclığından ölsün,
içsin zəncirdəki göy üzünü dənizlər
pinəçi buludların üstünə,
bahalı küçələrin gözlərinə.
...bu pul qabıda
ciblərim min tabut borcudur,
ayaqlarım bir ayrılığa möhtacdır.
Getsəm, yetim qalar otağım,
çətirsiz günümə arxa durmaz yağışlar.
İndi bu pul qabı.
hardasa bir tikə çörəyin boyun bükür,
hardasa bir şam işığının evin yıxır,
hardasa son qəpiyinin boğazından kəsir...
Acgöz küçələrdə üşüyür qəpiklərim,
masaların ürəyində acından ölür
qab-qaşığım.
Hələ də yaşayıram
kor radionun səsində,
köhnə pencəyin qolunda.
Heyif,
evimizə bir gülüş ala bilmədim ki,
günəşin canı qurtarsın pəncərəmdən...

Cavid Fərzəli
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar