Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Paşa Talıblı:"Əsən rüzgara da hüzurluyam mən..."

Tarix: 20-04-2021 17:58     Baxış: 2232 A- / A+
Paşa Talıblı:"Əsən rüzgara da hüzurluyam mən..."
Paşa Talıblı

***

Ben böyle mi olacaktım?...
(O. Vəli)

...mən burda qalım neyləyim?
...yol kəsim, küçə bağlayım?
...röyamdakı qapıları
ya bərk - bərk gecə bağlayım?

Eh...yenə mən, yenə tərəf!
...əyilirəm günə tərəf.
...baxar deyə sənə tərəf
gözümü necə bağlayım?

...nə dadıymış ağıl dadı!
Hər ağı bir ağ aldadır...
...dünya da mən ağıldadı!
...ağlına keçə bağlayım.

***

Yer deyilən boyda bu yerin üstdə
hər gün misra - misra mismarlanıram!
...fikrim ərş-əlada, ala buludda!
...göyə də bu yerdən ismarlanıram.

...əsən rüzgara da hüzurluyam mən!
...dağ da hərdən məni çənə göstərir.
...Yer deyilən boyda yeri fırladır —
fırladır, yerimi mənə göstərir.

Tanrıdı —yerimi göstərir mənə...
...canımdan soyuğu hillə çıxarır!
...Yer deyilən boyda bu yerin üstdə
yerim qış gecəsi çillə çıxarır!

...Yer deyilən boyda bu yerin üstdə
bəhs eləmədinsə qocalır bəhsin.
...sıx - sıx sıxıntılar sıxmamış, deyim:
mənə bir çalalıq Borçalı bəsdi!

***

...bu da vaxtın dar ağacı,
bu da— kəndiri, kəndiri...
...görüb-görəcəyim rüzgar
çəkdiyim təkliyin biri!..

Ah...şamlara hicrət etdim!
...ağ şamlara hicrət etdim.
...axşamlara hicrət etdi—
çox uzaq könlümün yeri!

...mən duasız, səssiz ad-am!
...göy sulardan çıxmaz adam!
...sən- qürbət, mən bəni-adəm!
Böylə, mən-ölü, sən- diri!..

***

(Rizvan Acaloğluna)

Çox gəzdin, dolaşdın şəhri - Bursanı...
...nə səfalar çəkdin nə çəmi gördün?
Rastına çıxanlar—əfəndi, xoca...
...həm türkü, ərəbi, əcəmi gördün!

...hal-əhval tutdunmu, nə var halında?
...göz izi gördünmü qoşa xalında?
...qəməri gizlində- bulud dalında,
yarı öz bağında gecəmi gördün?

Paşam der, tərpəndin, hara yol açdın?
...kimə minnət satdın, kimə qol açdın?
Eyham eləmirəm, gəzdin dolaşdın...
...nə gördün, topladın, nə cəmi gördün?

Rusiya, Volqoqrad şəhəri.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar