Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Sərilib köksümə məsum duyğular, ilahi nəğmələr oxuyur dilim" -ŞEİRLƏR

Tarix: 19-04-2021 16:37     Baxış: 3196 A- / A+
"Sərilib köksümə məsum duyğular, ilahi nəğmələr oxuyur dilim"


Manevr.az Nazilə Gültacın "Bahar şeirləri"ni təqdim edir

YAZ AXŞAMI

Bu yaz axşamı...
Bir baxış yuyur göz yaşımı.
Üzümə səpilir yaz çiçəkləri.
Sərilib köksümə məsum duyğular.
İlahi nəğmələr oxuyur dilim.
Ay da göy üzündən qibtəylə baxır.
Bir tale ulduzu yanıb yaxılır.
Gecə başdan - başa şeir kimidir.
Bu yaz axşamı sevginin özüdür. ..

YAZDIR

Bu nə bahar, bu nə yazdır?
Çiçək açıb, yenə yazdır.
Qələm tutub yazı yazan,
Bizi ikimizə yazdır.

Gəl, gülümsə gül üzünə,
Şeh düşübdü gül üzünə,
Sonalar cüt- cüt düşər,
Qanad salıb göl üzünə.

Təklik dünyanı təklədi,
Dünyanı yıxan tək əldi,
Allı- güllü həyat gözəl,
Güllər ömrümü rənglədi.

Şirin- şirin de sözünü,
Gəl aldatma sən özünü,
Könül gül açan yerdəsən ,
Yumub keçmə sən gözünü.


BAKI GECƏLƏRİ

(Nəğmə)

Nazilə Gültac tərəfindən bəstlənmişdir

Şirin təbəssümüm,
nurlu üzümdür,
sehirli aləmdir,
Bakı gecələri.

Ayı ulduzuna naz eylər,
Küləyi buluda əl eylər,
Məni məftun eylər,
Bakı gecələri.

Könlümün kəməndi.
Ruhuma vətəndi,
Ətirli çəməndi,
Bakı gecələri.

Nəğməli ömrümün ,
həzin zümzüməsi,
Nağıldı sehirli,
Bakı gecələri.

MAT QALMIŞAM

Olanlara mat qalmışam,
Yuyub məni yaş aparır,
Görürsən ki, sızqa bulaq,
Götürüb bir daş aparır.

Baxışlarda donür dərdi,
Sinəmizə qonur dərdi,
Namərd dura- dura mərdi,
Əcəl bağrıdaş aparır.

MƏN

Mən dağda bitən çiçək kimiyəm,
Soyuğa, şaxtaya dözən.
Yağışa, dumana düşən.
Əlçatmaz yerlərdə bitən.
Əlçatmzlığın özüyəm.

Üfüqlərdən başlayan ,
Başı daşa dəyən,
Qayalardan atlanan şəlalə kimiyəm,


KÖNLÜMÜN ÇİÇƏKLƏRİ

Açıbdı könlümün al çiçəkləri,
Qalmasın qoy məndə al, çiçəkləri.
Götür naxış- naxış ürəyin üstə
Bir güllü yaylıq tək sal, çiçəkləri.

Şeirdi, nəğmədi, eşq pərisidi,
Dərib yelə vermə ləçəklərini,
Şirindi, kövrəkdi, gözü nəmlidi,
Qoxla dodağınla bal çiçəkləri.

Qəmi, qüssəsi var uca dağın da,
Biz də bir çiçəyik ömür bağında,
Nurlu baxışınla oxşa, əzizlə,
Bağrımın başında xal çiçəkləri.

GÖNDƏR

Qərib-qərib titrəyirəm,
Gözlərim batır yuxuya.
Sinəm səssiz inləyir,
Qərq oluram
zülmətlərin dərinliyinə.
Mən üzü göylərə dua edirəm:
Allahım, çiçək qoxulu yuxu dolsun gözümə.

Yuxuda bir yuxu görüm,
Sevinc olsun dərdimə.
Dualar göylərdə didərgin, itkin.
Sən demə, goylər də yuxusuz imiş.
Min illik yuxuya həsrətmiş göylər,
İlahi, göylərə bir yuxu göndər.


ADIN

Adını buludlara yazdım.
Hərf-hərf, heca- heca.
Yağdı damla-damla.
Axdı üzümə-gözümə.
Ovuclayib içdim.
Adın da özün tək acı.
Kaş bu yağış yağmayaydı...
Adın pozulmayaydı.
Ürəyimin səmasında
adının yeri boş qaldı.

YIXILMA

Yıxılma var,
qalxmalardan gözəldir.
Güllü dərə,
sal qayadan əzəldir.
Yıxılanda qucağıma,
gözlərimdəki bahar,
sevindi kəpənəklər.
Gülümsədi ləçək üstə şeh,
əksi düşdü könlümə.
Naz eylədi yarpağa meh.
Yıxıldı qucağıma
ulduzlu gecə..
qoxusu həsrət,
qorxusu həsrət....
Yıxıldım qucağına,
Sevgi gülünün....
Yıxıldım ucalığa!

ÖLMƏYİB HƏLƏ

Gözümü buluddan çəkə bilmirəm,
Ömrün səmasına yağışlar yağır.
Könül gülşənimi gəzə bilmirəm,
Qəlbimin bağına yarpaqlar yağır.

İçimdə arzular boylanır qəmli,
Bir sevda nəğməsi oxuyur bəmli,
Çoxdandır gülməyi yadırğayıbdır,
Gülən gözlərimin baxışı nəmli.

Bilirəm ağlında mən varam hələ,
Gördüyüm yuxular söyləyir mənə,
Göylərdə ulduza, dağlarda çənə,
Üz tutan xəyallar ölməyib hələ.

Gültacın taleyi qışdı,ayazdı.
Həyat sarı simə köklənən sazdı,
Bircə təsəllim var qoca dünyada,
Bahara can atan qar da bəyazdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar