Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşa Talıblı: "Düşmədik vaxtın yadına..."

Tarix: 31-03-2021 13:45     Baxış: 2141 A- / A+
Paşa Talıblı: "Düşmədik vaxtın yadına..."

Manevr.az Azərbaycan Yazıçılar Birliyinin üzvü, qürbətdə yaşayan şair Paşa Talıblının yeni şeirlərini təqdim edir:


(Vaqif Səmədoğlunun "Mən burdayam, Ilahi" kitabına)

...yox sonuncu dayanacaq
Vaqifin son kitabında.
...son külək hələ qalxmayıb
Vaqifin son kitabında.

...şerlər düşmə yuxudu,
göylər yağışa toxudu.
...bu gecə rahat oxudum
Vaqifin son kitabını.

...bir qanadsız daş görmədim,
bir hücrəni boş görmədim.
Şairin son kitabında
Vaqifi sərxoş görmədim!

Hələ rəngsizdi ölkəsi...
...şahə qalxar boz ürgəsi.
— durur zeytunun kölgəsi
Vaqifin son kitabında!

...Məhəmməd, İsa, Buddayam!
...torpaqda, suda oddayam.
Mən də İlahi, burdayam
—Vaqifin son kitabında!


*
...od özünü yandırır,
özünü duz ağardır!
...yandıran düz yandırır,
ağardan düz ağardır!

Sudan sübh ölən duru...
Su yox, su bölən durur!
...bu daş su bulandırır,
bu daş da diz ağardır!

...bir qara, yüz ağ - olsun!
...şər bizdən uzaq olsun!
...sözün üzü ağ olsun —
üzümü söz ağardır!

*
...deyəsən, burda nəsə var—
nəsə...eh, görmürəm, axı!
...qulaqlarım səsə düşüb
ya kimsə məni çağırır!

Elə hey səs eşidirəm;
kimdisə — gizlənir məndən.
...səs mənim özümdən gəlir?
...ya kimsə səslənir məndən?

...bəlkə, heç çağıran yoxdu,
bəlkə, Göydəki çağırır.
...Tanrı qədər təkəm mən də—
Tanrı da təki çağırır!


*
Gülü həşəm - həşəm dar ağacları...
Bir gül də qürbətdə qərib dərdimi?
...cəlladın əmriydi, dərd azalmasın!
Yığar indən belə qərib dərdini...

...yığar indən belə qərib dərdini!
Eləmi ağırdı daşı qərbin?..
Odu — dərdi yenə bala çıxarır,
çoxalır bəlalı başı qərbin!

...gerçək dərdlərini göyçək dərdimi?
Yalın ümidləri küçə bəzəməz!
Amma tənhalığa elə çəkilər—
köçü köçhaköçdə köçə bənzəməz!


*
...aramıza yaylıq düşdü,
aramızda dağlar qaldı.
...aramızda kəsik - kəsik,
doğram - doğram bağlar qaldı.

Tanrıdan bir söz alınca
yüz yol çapıldıq qılınca.
...bu vadidə sozalınca
— yaşıl - yaşıl bağlar qaldı.

...düşmədik vaxtın yadına,
yad olduq baxtın yadına!
...biz getdik şerin badına,
anamız da ağlar qaldı!

Paşa Talıblı
Rusiya, Volqoqrad şəhəri...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar