Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış şair Firuzə Məmmədlinin yeni kitabı işıq üzü görüb - ŞƏKİL

Tarix: 17-03-2021 19:06     Baxış: 3628 A- / A+
Tanınmış şair Firuzə Məmmədlinin yeni kitabı işıq üzü görüb - ŞƏKİL

Şair, tərcüməçi, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi Firuzə Məmmədlinin yeni kitabı çapdan çıxıb.

Manevr.az xəbər verir ki, kitab "Nə yaxşı yaxamda söz medalım var" adlanır.

Qeyd edək ki, Firuzə Məmmədli ədəbi fəaliyyətə 1963-cü ildən başlayıb. Gənc yaşlarından müxtəlif mövzuda qələmə aldığı şeirlər oxucular tərəfindən sevilir. 35 (bədii, elmi, publisistik, tərcümə) kitab, 100-dən artıq elmi, tənqidi və publisist məqalənin və "Bədii dilin mənbələri" adlı monoqrafiyanın müəllifidir. 10 cilddə "Seçilmiş əsərləri" çapdan çıxıb.

1992-ci ildə Türkiyədə Bursa şəhərində keçirilən Uluslararası şeir festivalının Əlişir Nəvai, 2000-ci ildə Bakı şəhərində keçirilən şeir müsabiqəsində İsa İsmayılzadə mükafatlarına layiq görülüb. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Özünün də tərcümə etdiyi xeyli sayda əsərlər var.

F.Məmmədli Azərbaycan Dövlət Pеdaqоji Univеrsitеtinin “Müasir Azərbaycan dili” kafedrasının dоsеnti, AYB Azad Həmkarlar İttifaqının sədridir.

Yeni kitabının işıq üzü görməsi münasibətilə, Firuzə xanımı təbrik edir, uğurlar arzu edirik. Oxucusu bol olsun!

Sevinc Qərib
Manevr.az
Tanınmış şair Firuzə Məmmədlinin yeni kitabı işıq üzü görüb - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar