Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Cavid Fərzəli: "Buludlar qucaqlayar boyunu..."

Tarix: 20-02-2021 16:09     Baxış: 3425 A- / A+
Cavid Fərzəli: "Buludlar qucaqlayar boyunu..."

"...Gözün düymədir dünyaya bağlı
atlı qanaddır ətəyin sənin..."


ŞİNEL

Səadət asılıb çiynindən bu şinelin.
Cansız bir otaqda tək-tənha.
Ayazı geyinib qarlı qış günü,
Günəşi tərk edibdi qızmar bir gün.

İçindən keçirib payızı,
taleyi kirlənib bu şinelin.
Qırışıb canındakı görkəmi,
Kiflənib bəzəndiyi sözlər.

Qorxma,
ömrün asılqanda qalmaz sənin.
Gözün düymədir dünyaya bağlı
atlı qanaddır ətəyin sənin.
Ürəyin yaxa açar bu xoşbəxtliyə.
Ciblərin əllərimiz evidir.
İçində qızınan bir mələk taparsan.
Götürüb bir ağ gün geyinər səni.
Əyninə gəlməz bu səadət,
Yaddaşı itər şəkillərinin
Gülüşünü oğurlayar həyat.
Başın üstə küləklər kar olar,
Buludlar qucaqlayar boyunu.

Hakimi, səfili zindan
səni də iblis soyunmaz.
Axı, sən hamının canında
iblisin də xatirəsin isti tutubsan
mələklərin də.

Ətrin köhnəlib, bəxtin bozarıb daha
ürəyini parçalara bölüb
çiçəklərin yarasın sarıyarsan,
yağışların qanın kəsərsən.

Cavid Fərzəli
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar