Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşa Talıblı: "Şerimin damı yox, dam örtüyü yox..."

Tarix: 18-02-2021 16:19     Baxış: 3240 A- / A+
Paşa Talıblı: "Şerimin damı yox, dam örtüyü yox..."

...hardasa üstümdə tanrı kölgəsi,
hardasa öz kölgəm altımda yoxdu...


Manevr.az Paşa Talıblının şeirlərini təqdim edir:

***
Şerimin damı yox, dam örtüyü yox...
Yayın qızmarında bişən damcıdı.
...qalıb ürəyimi deşən söz eynən
damın örtüyünü deşən damçıdı.

Yəhər də bir cürə dam örtüyüdü...
Kəhər də ondadı yəhər kimdəsə.
...tikanlı olsa da, dam tikən olsun;
qırçıdı, damçıdı...- ya hər kimdisə!

Mən azdan addadım çox tərəflərə...
Yazı da addamaq dedim: gör olar?
...şerimin damı yox, dam örtüyü yox
yazdım...dama-dama dedim, göl olar.

***
Harasından hara gəldik...
Bura yolun harasıdı?
...hara yaxın, hara uzaq,
hara torpaq, hara sudu?

... boş cibini qurdala, çıx!
Yola çıxdın - qurda acıq...
...bu yol harda qurtaracaq?!
Yolun hələ yarısıdı.

Yol göstərdi qaraçı ha...
Solda birdən qara çıxar!
...bu yoldan da hara çıxaq?!
Yolun ağı qarasıdı.

...yollar üstdə durammadıq,
yoldan evcik qurammadıq.
...gözlərini qırammadıq,
yollar bizi qırasıdı.

***
Gecənin əli yox, ayağı yoxdu...
Canıma yapışmış yosundu gecə.
...sevmək var gecənin birində hələ,
hələ dərd çəkməyə uzundu gecə.

...uzun gecələrdə mən kiməm, axı?—
nə elə çaparam əməlli-başlı
nə elə minməyə atım da yoxdu.
...hardasa üstümdə tanrı kölgəsi,
hardasa öz kölgəm altımda yoxdu.

...gecələr özümə qayıtmaq çətin,
gecələr özümdən qaçıram...olmur.
Gündüz dərdləridi gecə dərdləri...
Gündüzlər çəkməyə macalım olmur.

...gecələr yatıram üzü dərdimə,
özümü dərdimə bükürəm, qardaş!
...gündüzlər çəkməyə həvəsim olmur,
mən dərdi gecələr çəkirəm, qardaş.—
...mən harda gizlənim bu gecələrdən?

...bu dərdin əlindən hara qaçım mən,
bəlkə qaçım burdan orda gizlənim?
...mən harda gizlənim bu gecələrdən?
Mən özüm-özümdən harda gizlənim?

...şer yazmaq günahmı? günahlarımı
sağımda-solumda mələklər yazır.
...başımın üstündə dar ağacıdı,
altında həmişə ölümüm hazır—
...mən harda gizlənim bu gecələrdən?!

Paşa Talıblı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar