Sizin Reklam Burada
Xəbər lenti
13-08-2025
12-08-2025
BÜTÜN XƏBƏRLƏR

Salyanda poeziya dərnəyi yaradıldı

Tarix: 16-02-2021 22:52     Baxış: 3403 A- / A+
Salyanda poeziya dərnəyi yaradıldı

Salyanda poeziya dərnəyi yaradılıb.

Manevr.az xəbər verir ki, bu gün Salyan rayon Mərkəzi kitabxananın nəzdində "Xəlil Rza Ulutürk adına poeziya dərnəyi" yaradılıb. Dərnəyin təsisçiləri Salyan rayon Mərkəzi kitabxananın rəhbəri Səidə Əliyeva, AYB-nin Muğan bölməsinin rəhbəri Nəbi İbrahimli və tanınmış şair, pedaqoq Firdovsi Sarvanlıdır.

Pandemiya qaydaları çərçivəsində keçirilən tədbirdə Vətən müharibəsi iştirakçısı, gənc şair Həsən Kür sözügedən dərnəyin rəhbəri seçilib. Dərnəyin yaradılmasında əsas məqsəd rayondakı yeni istedadları üzə çıxartmaq, onlara dəstək olub respublika ictimaiyyətinə təqdim etməkdir.

Həsən Kür öz çıxışında rəhbəri olduğu dərnəyin tərkibinə tezliklə gənc, istedadlı imzaların cəlb olunacağını bildirib: "Ölkəmizin hər yerində olduğu kimi Salyanda da yaradıcılıqla məşğul olan kifayət qədər istedadlı gənclərimiz var. Bəzən səhlənkarlıq, bəzən də laqeydlik səbəbindən həmin insanların bir çoxu tanınmır, üzə çıxmır. Bizim məqsədimiz həmin istedadları Azərbaycan poeziyasına qazandırmaqdır.
Hər ay ən azı bir neçə tədbir keçirmək istəyirik. Həmin tədbirlərə rayonumuzun istedadlı qələm adamları ilə yanaşı digər rayon və şəhərlərdən tanınmış şairlər dəvət olunacaq. Həmçinin, irəliləyən aylarda yarışma xarakterli tədbirlər keçirmək fikrimiz var. İlin sonuna qədər isə dərnək üzvlərinin şeirlərindən ibarət antologiya çap olunacaq".
Dərnək rəhbəri ilin sonunadək üzvlərinin sayını ən azı 50-ə çatdırmaq istədiklərini bildirdi. Ümumilikdə dərnəyin hələ ki, üzvləri bunlardır:

Həsən Kür
Ramil Məmmədov
Etibar Qoca
Tofiq Əhməd
Ümid Sadə
Tural Xəlil
Rüfət Sabirli
Pərviz Əbil
Ümid Həsən
Həsən Naseh
Rahib Hüseyn
Ədalət Rəhimli
Ramil Əkbərov
Vüsal Əkbərov
Anar Qaçayev

Qeyd edək ki, dərnək üzvlərindən ən gəncinin 16, ən yaşlısının isə 34 yaşı var. Dərnəyin sosial media qrupu var və həmin qrupda həftənin 1-ci, 3-cü və 5-ci günləri şair Ümid Sadə tərəfindən əruz vəzni dərsi tədris olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar