Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Turan yazır: Adamı üşüdən ruh

Tarix: 15-02-2021 20:26     Baxış: 3249 A- / A+
Tural Turan yazır: Adamı üşüdən ruh

Sazaqlı şaman ruhu

Azərbaycan ədəbiyyatında bir Elbariz Məmmədli əyilməzliyi (bəlkə də zirvəsi) var, haqqını almamış imzalardandır. Dürüstlüyü, mərdliyi, əyilməzliyi şeirlərinə də hopub.
Elbariz Məmmədli poeziyası qurd mifologiyasının modern ədəbiyyatda huş-yaddaş konteksində işlədilməsinin bariz nümunəsidir.
Onun şeirləri publisist dildə yazılsa da daha çox milli-fəlsəfi kimlik konteksində oxunur. Çünki onun poeziyasının qanı bu ruhla yoğrulub. Şeirlərinin publisistik dili isə çox güman ki, peşəsindən qaynaqlanmaqdadır. İllərin jurnalisti kimi içinin süzgəcindən keçən türk ruhu bu dillə cilalana-cilalana poetik avaza çevrilib.
Onun poeziyasından da əyilməzlik, kişilik yağır. Öz şəxsi xarakterini şeirlərinə hopdurmağı bacarıb. Bunu mübağiləsiz yazıram. Oxumamısınızsa, şeirlərini oxuyun. Hər misrası oxucu ilə döyüşür və özünü təlqin (diqtə) etməyi bacarır.
Tural Turan yazır: Adamı üşüdən ruh

Elbariz bəyin poeziyasında əllaməçilik yoxdur. Adamı üşüdən, sazaqlı şaman ruhu var. Heyf ki, bu poeziya öz haqqını almayıb. Ötən il səssiz-sədasız 60 yaşını qeyd elədi. Nə Yazıçılar Birliyindən səs çıxdı, nə də ədəbi mühitdən...
İndi ədəbi mühit şəxsiyyətlər haqqında danışmağa qorxur. Əyilməz adam görəndə gözlər alacalanır, kölgələnir; başlar dumanlanır. Amma mən hesab edirəm ki, Elbariz Məmmədlinin şaman ruhlu şeirləri dərsliklərə də salınmalıdır. Ən azından ali məktəb dərsliklərinə...
80-90-cı illər poeziyamızın milli ruhlu imzasının gec-tez öz haqqını, ədəbi dəyərini alacağına inanıram. Amma onu da bilirəm ki, Anar və Rəşad Məcid və digər təqdimat yazanlar olduqca Elbariz müəllim kimi haqq sahibləri fəxri adlardan məhrum qalacaqlar...
Bir daha deyirəm, Elbariz Məmmədli ədəbi şəxsiyyətinin boyu Sibirdən Hunqar çöllərinə, eni Qaqauzlardan, Saxalara qədərdir...

Tural Turan
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar