Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Rahib Ümid:"Səcdədəyəm, dərk edirəm Mövlanı..."

Tarix: 14-02-2021 21:16     Baxış: 3401 A- / A+
Rahib Ümid:"Səcdədəyəm, dərk edirəm Mövlanı..."

...Uyğun gəlmir qafiyəyə sözlərim,
Dürdaneyi misram gedir əlimdən...


***
Xəzan vurdu gül bağçamı, bağımı,
Xarı bülbül, şeydam gedir əlimdən,
Kimsə görməz, köksümdəki dağımı,
O ilk eşqim, sevdam gedir əlimdən.

Rəssam baxıb, dağlar çəkdi dağımdan,
Qələm yonub şairlər eşq bağımdan,
Xəzan oldu eşqim gənclik çağımdan,
Tər çiçəyim, rənam gedir əlimdən.

Səcdədəyəm, dərk edirəm Mövlanı,
Axtarıram yaranışda.., mənanı,
Qarış-qarış gəzirəm mən səhranı,
Sərgərdanam, leylam gedir əlimdən.

Bir- bir köçür, dünyadan yoldaşlarım,
Atam, Anam, qohumum qardaşlarım,
Bir bulaq tək, süzülür göz yaşlarım,
Damla-damla, dəryam gedir əlimdən.

Qocalıram, hərdən əsir dizlərim,
Bir tor salıb, nigarandı gözlərim,
Uyğun gəlmir qafiyəyə sözlərim,
Dürdaneyi misram gedir əlimdən.

Aram aram indi nəfəs alıram,
Göz yumulur, xəyallara dalıram,
Istəmədən, anbaan, qocalıram,
Yavaş-yavaş dünyam gedir əlimdən.

Rahib Ümid
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar