Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Paşa Talıblı: "Bu dünyanı keçib gəldim"

Tarix: 11-02-2021 17:06     Baxış: 3244 A- / A+
Paşa Talıblı: "Bu dünyanı keçib gəldim"

"Eşq ilə doldum, pir oldum...
...biriydim qaldım bir oldum".


Manevr.az Rusiyada yaşayıb-yaradan şair Paşa Talıblının yeni şeirlərini təqdim edir:

***
(Anamın əziz xatirəsinə)

Hanı anamın əlləri,
həvəli, hanalı dağlar?!
...göy otun—kösöy otların
gözümdən qan alı, dağlar!

...qosqoca babam yaşında,
dumanı, çəni başında.
...əli qaşında, qaşında
xınalı-xınalı dağlar.

...qeyb etdik ulduzu,ayı!
...Bu ay da kədərin ayı.
...ay səni, anasız şair!
.. ay sizi, analı dağlar!


***
Bu dünyanı keçib gəldim-
bildim bilərəkdən keçdim.
...kağıza, dəftərə düşdüm,
qələmdən, lələkdən keçdim.

O naşılardı tərs aldı...
Mənəm, cəhd qıldım tər saldım.
...neçə mürşiddən dərs aldım,
ələndim, ələkdən keçdim.

Eşq ilə doldum, pir oldum...
...biriydim qaldım bir oldum.
Yerimlə yerbəyer oldum,
məzardan bələkdən keçdim.

...bu uzun ködək kimindi,
bel kimin, kötək kimindi?
...əl mənim ətək kimindi?
tutduğum ətəkdən keçdim.

...bəli, faili-muxtaram!
Haqq ilə azalır aram.
...olacam, olmuşam, varam!
Gör neçə fələkdən keçdim.

Paşa Talıblı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar