Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Turan: "Məni unutma, saat əqrəbi..."

Tarix: 11-02-2021 12:36     Baxış: 3214 A- / A+
Tural Turan: "Məni unutma, saat əqrəbi..."

"Bizi bağışlayın, ayaqqabılar,
sizi tək qoyduq savaşdan sonra..."


Manevr.az Tural Turanın yeni şeirlərini təqdim edir:

Xatırla, payızın son nəfəsində...

...Xatırla işıqlar piano üstündə rəqs edərkən,
Xatırla məni, günəşin intihar etdiyi gecə...
Ovcunu mənə ver çıxıb gedərkən,
Mən sənin ovcundan çıxıb gedəcəm...

Məscidlər kilsələrə "kaş..." deyən axşam,
Mənim sağlığıma iç azan səsində.
De ki, ölümünü görməyə şadam,
Arxamca yüyürən ayaq izim!...
Xatırla ünvansız dualarımı,
xatırla payızın son nəfəsində...

Piano susur! Danışır kilsə zəngi!
Danışır bəndələrin günahlarıyla...
...Və ucalır azan səsi,
minarələr baş əyir öz kölgəsinə!
Tanrı aypara çəkir
Bəndəsinin ahlarıyla...

Epizodlar

***
Gör necə təmizdi üst-başı,
gör necə yeriyir, saat əqrəbi...

***
Əlində ütüylə gəzən buludlar,
ütülə, ütülə göy üzünü
bəlkə kimsə əyninə geyindi...

***
Üst-başı kir içindədir yağışın da
baxanı yox, yuyanı yox, göy üzündə!
Alın yazısı oxunur gözündən...
Özündən qaçanın yüyəni yox...

***
Dualar bəzənmir daha ovucda,
saçları dağınıq qalxır yuxarı...
Göy üzünün güzgüsünü kim qırıb?..

***
Bizi bağışlayın, ayaqqabılar,
sizi tək qoyduq savaşdan sonra...

***
Bir tabut bəzənir yenə bu səhər,
yenə görüşü var nişanlısıyla...

Məni unutma

Məni unutma, doğum günüm!
Məni unutma, başımın daşı!
Məni unutma, başına dönüm,
Məni sözbəsöz özünlə daşı...

Məni unutma, saat əqrəbi,
İşlə yavaş-yavaş, qəbrimə işlə...
Ovcumda can verir hirsim, qəzəbim,
Məni muma döndər, səbrimə işlə...

Bu təqvim atıb gedir, məni hər dəfə,
Sən unutma məni, sonuncu yuxum,
Bu ağrı büdrədir məni hər dəfə...
Niyə, bilirsənmi?
Duya bilirsənmi;
Öləndə demədi, heç bircə nəfər:
- Tanrı, qaldır başını gözünə baxım...

Tural Turan
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar