Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Paşa Talıblıdan yeni şeir: "Mən enib haqdan gəlmişəm..."

Tarix: 04-02-2021 20:14     Baxış: 3250 A- / A+
Paşa Talıblıdan yeni şeir: "Mən enib haqdan gəlmişəm..."

Manevr.az Rusiyanın Volqoqrad şəhərində yaşayan həmyerlimiz, AYB-nin üzvü, şair Paşa Talıblının yeni şeirini təqdim edir:

***
Həm aşiqəm, həm dərvişəm...-
mən bir gülün butasıyam.
...mən özümün zamanımda
ötələrin ötəsiyəm.

...qaradan, ağdan gəlmişəm,
bir ulu dağdan gəlmişəm.
...mən enib haqdan gəlmişəm,
dönüb haqda itəsiyəm.

Mən həm məndə həm haqdayam...
...qələmdəyəm, varaqdayam.
...mən özümdən qabaqdayam,
mən özümü ötəsiyəm.

Mən bir canam...birimmi var?
...məndə ölüm-dirimmi var?
Mənim ayrı yerimmi var?
Könüllərdə bitəsiyəm.

Mən dünyaya bildim gəldim...
Gəlişim min ildi...gəldim!
...bir gün olur gəldim, gəldim,
bir gün olur gedəsiyəm.

Paşa Talıblı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar