Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tural Turan: "Öldüyüm yeri də yazıq elədim..."

Tarix: 02-02-2021 20:35     Baxış: 3362 A- / A+
Tural Turan: "Öldüyüm yeri də yazıq elədim..."

"...Hər gün üfüqlərdə doğan,
qızaran Turan kimiyəm!"


Manevr.az Tural Turanın yeni şeirlərini təqdim edir:

***
Burda yovşan-yovşan ölür qoxular,
Boynuna ip salır yalquzaq səsi...
Gözümdə can verir itkin yuxular,
Ağlayır arxamca öz uzaq səsim...

Öpdüm yanağından ağrılarımın,
Başımın altına yastıq elədim.
Asıldım qolundan sarğılarımın,
Öldüyüm yeri də yazıq elədim.

Hər səhər ovcumdan doğdu Günəş də,
Ovcumdan çəkildi içimin çəni!
Ruhumu yandırdı odsuz atəşdə,
Tanrı da ovcumdan oxşadı məni...

***
(Rüstəm Behrudiyə məktub)

Bax, bu yolun od qoxusu
içimdə yovşan bitirər...
Mənim dərəcəyim gülü
bircə ovuc qan bitirər.

...Yel qulağı cingildədən
uzaqda bir nal səsiyəm!
...Tanrının da, bəndənin də
getmə, burda qal - səsiyəm...

Mən öz alın yazımı
misra-misra yazmışam.
Son nəfəsin ağrısına
gülümsəyib dözmüşəm.

Həmşə tanrı gəzirdim,
itirdim öz izimi...
Bu gün örtdüm dünyanın,
örtdüm dua üzünü!

...Yıxılsan şimşək tutar,
tutar qolundan sənin.
Gəl öpüm eeey...göy üzü,
öpüm alnından sənin!..

Vallah, qəbrimin canı,
örpəkli bir dan kimiyəm!
...Hər gün üfüqlərdə doğan,
qızaran Turan kimiyəm!

Tural Turan

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar