Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Paşa Talıblı: "Məni qoymayın ölməyə..."

Tarix: 21-01-2021 19:48     Baxış: 3425 A- / A+
Paşa Talıblı: "Məni qoymayın ölməyə..."

"...su verin bitsin göyərsin,
dəni qoymayın ölməyə..."


Manevr.az şair Paşa Talıblının yeni şeirlərini təqdim edir:

***
(" Mənə çox doğma insansan" dedin...)

Yenə əvvəlki salamlar,
əvvəlki hüzur, doğmalıq.
...adamı həsrətdən də çox
olur ki, üzür doğmalıq.

...ağ dəvə düzdə qalan tək
qılıncım qınımı kəsdi.
...doğmalıq kimi sözlərnən
sən axan qanımı kəsdin.

...necədi bir daşın min daş,
min daşın bir daş olmağı?..
...eh, yolunu öyrənirəm
sənə qardaş olmağın!


***
Zaman ötsün, vaxt yerisin,
günü qoymayın ölməyə.
...su verin bitsin göyərsin,
dəni qoymayın ölməyə.

...hər dərdi dərd eyləməyin,
ikini dörd eyləməyin.
...mərdi namərd eyləməyin,
yəni qoymayın ölməyə.

...ya pərdə ya sim olacam-
bir yüngül əsim olacam.
...mən sizə lazım olacam,
məni qoymayın ölməyə.

Paşa Talıblı (Dərviş Paşa)
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar