Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dəniz Bağırova: "Günəşə düşmən oldum, qaranlıq adamıyam..."

Tarix: 18-01-2021 21:15     Baxış: 3300 A- / A+
Dəniz Bağırova: "Günəşə düşmən oldum, qaranlıq adamıyam..."

...Otaq -otaq sevincin, küçə-küçə qəmin var...
Bu şəhərin hər yeri xatirələr beşiyi...


Manevr.az gənc şair Dəniz Bağırovanın şeirlərini təqdim edir:

***
Sonra birdən birə yağdı yağışlar,
Sonra birdən birə tufan da qopdu...

Sonra birdən birə mən xəstələndim,
Sonra ömür boyu sağalmadım mən...

Sonra birdən birə sən əsgər getdin,
Sonra nə oldusa qayıtmadın sən...

Sonra birdən birə nə isə oldu,
Sonra birdən birə dünyam dağıldı...

Sonra işıq söndü, qaranlıq oldu,
Sonra ay da küsdü göyün üzündən,

Sonra nə oldusa lap birdən birə,
Sənə nifrət etdim sənin üzündən...

Sonra nə oldusa öz sevgim boyda,
Sənə də, mənə də lap nifrət etdim,

Sonra peşman oldum sədaqətimdən,
Sənə başqasıyla xəyanət etdim...

Sonra birdən birə yaddaşım itdi,
Sonra birdən birə xatırlamadım...

Sonra nə oldusa yaşadım, amma,
Sonra səndən sonra özüm də öldüm...

Sonra,vicdan haqqı, lap sonra elə,
Hər gecə, hər gecə sənə darıxdım...


***
Gəl bu axşam görüşək, hər şeyi at qırağa,
Tələs mənə gəlməyə, ayrılığa hələ var
Bilirəm ki soyuqdu, üşüməyə qoymaram,
Gəl dizlərim yastığın qollarım yorğan olar...

Gəl ayrılıq fəslində görüşək, payız gülsün.
Gəl otağım bürünsün bu gün sənin ətrinə.
Çox da böyük deyil ki, sənə olan nifrətim,
Səni bağışlayacam noyabrın xətrinə...

Gəl saçlarına həsrət əllərim darıxmasın.
Gəl mükafatı olsun həsrətimin bu görüş .
Gəl möhkəm sarıl mənə, gəl bağrına bas məni,
Səndən yadigar qalar alnımdakı son öpüş...

Gəl, bu zalım intizar yaxamdan əlin çəksin,
Gəl ki, bu gunluk atım kənara darıxmağı.
Gəl xatirəm çoxalsın səninlə, sən olmasan,
Hansı günə yaraşar şəkillərə baxmağım?

Gəl bir günlük qonaq ol həyatıma, həyatım
Gəl gör necə bitirəm, gəl gör necə çökürəm.
Səndən başqa hər şey var, hər şeyim var, amma ki,
Gəl özün də şahid ol səndən korluq çəkirəm.

Gəl, bir günlük qovuşaq, sonra yenə gedərsən.
Gəl son dəfə yenə də görüşünə tələsim.
Kaş sən də anlayasan, kaş özün də biləsən,
Ölümə qanad verir ayrılığın beləsi...

Sənin yerinə olsam, gəlib bir də getmərəm,
Səni inandıraram bu sevginin gücünə,
Gəl yapış əllərimdən, ömrümün sarı fəsli,
Qoşul mənlə bir gedək ömrün köçhaköçünə...

Gəl, ünvan dəyişməyib, nömrəm də həminkidi,
Qapım sənə açıqdı bilirsən axır-əvvəl...
Gəl, burdan sizə qədər gözümlə yol çəkmişəm.
Mən səni gözləyəcəm, gəlməsən də...amma, gəl...


***
Burda yağış başlayıb, pəncərəni döyməyə,
Qapım hələ açılmır, elə sən bağlayandı.
Divardakı şəklini qaldırmamışam hələ,
Baxıb təsəlli olur hər dəfə ağlayanda.

Sən gedəli nə bahar, nə qış bildim, birdənəm,
Günəşə düşmən oldum, qaranlıq adamıyam.
Burda hava soyuqdu, burda evə qar yağır,
Burda dəniz fəslidi, burda sən havalıyam.

Otaq -otaq sevincin, küçə-küçə qəmin var...
Bu şəhərin hər yeri xatirələr beşiyi.
Yenə neçə gecədi yuxum yoxdu, oyağam,
Yenə də şəkillərin çəkəcəyəm keşiyin...

Yenə də ağırlaşıb sən adlı xəstəliyim,
Həkim də baş açmadı, buram ağrıyır yenə.
Heç nəyə faydası yox yazılan dərmanların,
Mən çarəni bilirəm"ehtiyacım var sənə"...

Bir dəfə görsəm keçər, keçər bəlkə bilmirəm.
Sarıl, keçib getməsə dərdin üzünə lənət,
Anam bəlkə haqlıdı, bəlkə doğrudan da,
Heç nə əbədi deyil, bu da keçecek əlbət...

Görən neçə gün keçib, görən necə ay olub?
Görən neçə əsrdi yaşayıram belə mən?
Əlim heç nəyə yatmır, heç nəyə həvəsim yox,
İçimdən heç nə gəlmir, içimdən sən keçirsən...

Yadına düşsəm birdən, nömrəm həmin nömrədi...
Çəkinmə poz bir gecə otağın səssizliyin,
Ünvanım dəyişməyib, nə vaxt istədin qayıt,
Gəl bir az da oralar yaşasın sənsizliyi...


***
Gözlərini unutmağa bir ümid,
Əllərini tutmağıma bir səbəb .
Qollarında ölməyimə bəhanə,
Eh yanına qaçmaq üçün bir tələb...

Arzulamaq necə olur, bilirsən?
Necə olur gözlərinə darıxmaq?
Əllərinin istisini arayıb,
Başqasında bir zərrəni axtarmaq...
Unutmadım, unutmadım mən ancaq...

Gecə düşər,qonaq gələr xəyalın.
Saçlarıma sığal çəkər nəfəsin.
Və gedərsən özün kimi sakitcə,
Otağımda qalar bir "unut" səsin

Eh, xəyalın bir də nə vaxt gələsi?

Unutmadım, unutmadım, mən axmaq...

Dəniz Bağırova
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar