Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əlizadə Nuri: "Gedib bir saatlıq payız olasan..."

Tarix: 15-01-2021 13:20     Baxış: 3335 A- / A+
Əlizadə Nuri: "Gedib bir saatlıq payız olasan..."

...Qaçıb o əlləri qucaqlayasan,
Bağrına basasan son güman kimi...


Manevr.az tanınmış şair Əlizadə Nurinin şeirlərini təqdim edir:

Payız

Bakı vaxtı ilə... payızdı indi
Sən də ki... olmaya, o qız olasan?
Çıxıb bu ömürdən gedə biləsən,
Gedib bir saatlıq payız olasan...

Dərdini çəkməmiş, adını çəkdim,
Payızın dilinə düşəcək adın.
Səni danlayacaq: "ay bahar qızı,
O mənim oğlumun niyə olmadın?!

...Yarpaqlar intihar edir halıma,
Sonuncu yarpaq da atdı özünü...
Barı bu payızı tənha buraxma,
Darıxan payıza çatdır özünü.

..Gedim o payızla şəkil çəkdirim,
Hər solan yarpaqda hıçqırıq səsi.
Hər kəsin payına bir payız düşür,
Mənim payızıma heç kəs dəyməsin!..

...Bakı vaxtı ilə...payızdı indi,
Sən də ki...olmaya, o qız olasan?
Çıxıb bu ömürdən gedə biləsən,
Gedib bir saatlıq payız olasan...


Onun Əllərinə ithaf

Minib bir gəmiyə çixib gedəsən,
Səni yola sala onun əlləri...

O qız əllərini arxanca ata,
Ata əllərini su əvəzinə...

Götürüb qaçasan arzularını,
Hər axşam sərəsən ay işığına...

Çatasan dünyanın son limanına,
Səni qarşılaya onun əlləri!

Heyrətdən özünü itirəsən ki:-
Sən ki yatmamisan, bu nə yuxudu?..

Haçan gəlib səni keçdi o əllər?-
Yoxsa o əllərin öz ağ gəmisi,
Yoxsa ki, o qızın öz dənizi var?!

...Qaçıb o əlləri qucaqlayasan,
Bağrına basasan son güman kimi...

Sonra ovcundakı o əllər üçün,
Bir üzük yonasan ay işığından.

...Sonra düşünəsən: bəs bu əlləri
O qızın canından kim dərib sənə?
Kimsə ürəyinə pıçıldaya ki:-
"Təkcə öpmək üçün deyil o əllər,
Tanrı uçmaq üçün göndərib sənə..."


İlahi, bir qadın sevirdi məni

Dünya bir gəlindi, daş - qaşıydı o,
Gözümə yığdığım göz yaşıydı o.
Sevdiyim bir gülün adaşıydı o,
İlahi, bir qadın sevirdi məni.

Bəlkə yağışların içində getdi?
Bəlkə də bir durna köçündə getdi...
Getdi... barmaqlarım saçında getdi,
İlahi, bir qadın sevirdi məni.

Mən də bu dərdinəm, yadın deyiləm,
Dayanın, mən onun adın deyirəm...
Mən sizə ağzımda qadın deyirəm!..
İlahi, bir qadın sevirdi məni.

Bəlkə suya dönüb, bulaqdan baxır?
Bəlkə yandırdığım çıraqdan baxır?
Bəlkə bu yazdığım varaqdan baxır?
İlahi, bir qadın sevirdi məni.

Axı, neynəyəydi bir naşıyla o?
Getdi kədər adlı sirdayışla o.
Qoydu imzasını göz yaşıyla o,
İlahi, bir qadın sevirdi məni.

Sıxmışam sinəmə xatirəsini,
Yağışlar yadıma salır səsini...
İlahi, haçansa rastıma çıxsa,
Ona bağışlaram son nəfəsimi...
İlahi, bir qadın sevirdi məni.

Əlizadə Nuri
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar