Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Paşa Talıblı: "Daşa bükdüm daş adımı..."

Tarix: 14-01-2021 18:28     Baxış: 3249 A- / A+
Paşa Talıblı: "Daşa bükdüm daş adımı..."

Əziz oxucular, Manevr.az saytı 80-cilər ədəbi nəslinin istedadlı nümayəndələrindən olan, hal-hazırda Rusiyanın Volqoqrad şəhərində yaşayan həmyerlimiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblının yeni şeirlərini təqdim edir:

***
Kəcavədə xan qızı tək
gülün göyçəyi, lalası...
...bir böylə münəvvər, mumtaz
Şuşada Şuşa qalası!

...Şuşada Şuşa qalası-
dövrün ən kübar kəlməsi!
...şüşədə qaldığı yetər—
bir də başına gəlməsin!

Of...şikəstə, Xanın səsi...
...xalı-xalı xarı bülbül!
Şuşada Şuşa qalası-
yarı güldü, yarı bülbül!..

...bu şeri də daşa yazdım,
daşa bükdüm daş adımı!
...belə Şuşalı olmaqla
görən hamı Paşadımı?!..


***
Şair deyiləm, arkadaş,
mən söz qoşanın biriyəm.
...xəlbirim su gətirmədi,
suyu daşanın biriyəm.

...ağlımın mənə qəsdiyəm,
yolam, yolun üstüyəm.
...əvvəlin-sonun dostuyam,
haqqa qoşanın biriyəm.

Halımın xoş halı keçmir,
tez dolur, boşalır gecmi?
...könlümdən paşalıq keçmir,
könlü paşanın birliyəm.


***
...nə qaldı ki, deməsinlər-
evini yıxan- dedilər!
...ismimi pünhan saxladım,
eh, İsmi Pünhan- dedilər.

...xəbərçi xəbər apardı—
eləmi qələm boydadı?
...həddi qəddindən gödəkdi,
qədəri qədəm boydadı.

...nə bilim, kafirdi, küfrdü,
soyuq əsən yerə getmir.
...kəmər kəsən beli yoxdu,
qəmər gəzən yerə getmir.

...qış daşıdı yaza qədər,
nə dedilər yaz eşitdim.
...eh, nə qaldı deməsinlər-
çox dedilər, az eşitdim!


***
Allahın verdiyi bir ömür azdır,
üç günü, beş ayı nədi ki- heç nə!
...gündüz göy üzündə Günəşi təkdi,
gecəyə bir Ayı nədi ki- heç nə!

...köhnə dəyirmandı, çarxı bəllidi,
yeddinin dalınca qırxı bəllidi.
...bazarı bəllidi, nırxı bəllidi,
satılan havayı nədi ki...heç nə!

...kim bilir nə imiş onun əvvəli,
doqquzun axırı, onun əvvəli!
...əvvəlin sonudu, sonun əvvəli-
o tayı, bu tayı nədi ki...heç nə!

Paşam, mənə düşmür haramı deyim...
...nə deyim, ağına qaramı deyim?
Şükür qazandığım varamı deyim?
...qələmdən savayı nədi ki...heç nə!


Paşa Talıblı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar