Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Seyran İsmayıl: "İnsanlar gözlərindən acıyarmış..."

Tarix: 13-01-2021 20:42     Baxış: 3210 A- / A+
Seyran İsmayıl: "İnsanlar gözlərindən acıyarmış..."
Seyran İsmayıl

***
Yenə kimi axtarar
o külək,
o sazaq,
o qar...
Kiminin əli titrəyər,
kiminin qəlbi üşüyər,
kiminin gözü dolar...

Bir quşcığaz dən axtarar,
Yuvada ac qoyduğu
o ətcə balalara...

O uşaq da hey boylanar sınıq-sökük daxmadan...
İndi ona yalnız yükdü
qoynunda düyün düşmüş o çəlimsiz qolları.
Gözündən acıyıb bəlkə,
Gözünə təpmək istəyər
o uzanan yolları...

Bir qoca da öz ömrünü
sığışdırıb kürkünə,
...yığışdırıb özünü
otağın bir küncünə.
Bir şamın titrək şöləsin
oğurlayır gözüylə...

İnsanlar gözlərindən acıyarmış,
ala gözlüm...
Oysa səni xatırladan
həmişəlik nəsə var-
Bir az külək,
bir az sazaq,
bir az qar..!



***
...Nə olsun gözün dolub,
nə olsun darıxırsan.
...və nə olsun əllərin
dizini qucaqlayıb.

...Nə olsun bir təbəssüm
min kədəri gizlədir.
...və nə olsun gülürəm
yoxluğuna ağlayıb.

...Nə olsun buralarda
yağışlar da səngimir.
...və nə olsun bu sevgi
ancaq payız rəngidir.

...Nə olsun qəfil düşən
qaranlığa düşmüşük.
...və nə olsun bu ömrü
qaranlıqda üşüdük.

...Nə olsun hər şey bomboş,
təkcə ürəyin dolu.
...Və nə olsun gülürsən,
amma gözlərin dolub.


***
İşdi-qəzadı,
….ölsəm,
Sənə bağışlayaram
ulduzlarımızın barışmadığı
bütün zaman kəsiklərini…

Nəfəslərin toxuna biləcəyi
hər yer Vətən sayılar…

İndi hardasa, çox uzaqlarda
qara dərili nurani bir qoca
pəncərə önündə
öz nəfəsiylə toxunaraq tərlədiyi
şüşəyə tapşırır canını…

Vətənə tapşırır canını

Səni inandırmağa and içirəm, İlahi,

And olsun, arzuların
fəzada intihar etdiyi zaman kəsiklərinə,
Bu kəsiklər öz çoxluğu ilə diş ağardır sənə…

…və yenə çox uzaqlarda bir körpə üşüyür,
…və yenə demək istəyirəm ki,
və yenə demək istəyirəm ki:
və yenə demək istədiklərim
sinəmdə düyün düşür…
…və sənə bağışlayıram
ulduzlarımızın barışmadığı
bütün zaman kəsiklərini.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar