Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Arzu Hüseyn:"Gödəkcəmin cibində payız idi elə bil..."

Tarix: 12-01-2021 17:31     Baxış: 2286 A- / A+
Arzu Hüseyn:"Gödəkcəmin cibində payız idi elə bil..."

...Badə-badə şərab olub ağrılar,
Sərxoşluğun faydası yox kədərə.
Bax, gözümdə dünya boyda ağrı var,
Bax özüm də ağrılardan betərəm...


Manevr.az Arzu Hüseynin şeirlərini təqdim edir:

***
Sığınmağa bir qucaqlıq yer ola,
Boşluğunu unutdura görüşlər.
Ürəyimin yanan yeri qar ola,
Sərinlədə ciyərimi öpüşlər.

Etmədiyim günahların naminə,
Getmədiyim uzaqlardan qayıdam.
Əcəb vurdun zəifimdən Birdənəm,
Əcəb qırdın qanadımı ay Adam.

Necə keçir saatların, günlərin?
Mən ki hələ ayılmadım yaradan.
Üşüyürmü yoxluğumdan əllərin
Ay vəfasız, ay duyğusu qar Adam.

Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola birdə ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər olar, birdə ki...

Nəfəs-nəfəs əridikcə odada,
Viranədən özünə taxt hörəsən.
Bacarasan ürəyini arada,
Özgəsində ovundura​ biləsən.

Bacarasan unudasan, atasan.
İnanmağı unudasan dərindən.
Ölüm bilib yaran üstə yatasan,
Diriləsən vurulduğun yerindən.

Sığınmağa bir qucaqlıq yer ola,
Sığallayan əllər ola, birdə ki,
Yatağımız zaman qədər dar ola,
Döşəmədə güllər olar, birdə ki...

Ayrılığa az qalıb...

Arxasınca ağladığım o bahar,
Bitirilmiş bir siqaret qutusu.
Üfüq boyu qatarlanan durnalar,
Yarpaqların sarı xəzəl qorxusu.

Tramvaylar boş tərpənir bu dəfə,
Yaxınların sərnişini azalıb,
Bax yenə də yağışlara hədəfəm,
Saatı qur ayrılığa az qalıb.

Çox çətindir nəfəs almaq gümansız,
Hər inamın arxasında aldanış.
Dənizlərin dərinliyi amansız,
Balıqların baxışında yalvarış.

Badə-badə şərab olub ağrılar,
Sərxoşluğun faydası yox kədərə.
Bax, gözümdə dünya boyda ağrı var,
Bax özüm də ağrılardan betərəm.

Dodağımda tüstüləyən zəhrimar,
Döşəməyə sındırdığım güzgülər,
Nə bilir e küçədəki adamlar,
Nə anlayır duruşumdan özgələr?

Çox çətindir təkliyimi ovutmaq,
Sətir-sətir şeir etmək həsrəti.
İnsanların adətidir unutmaq,
Yarpaqların intihardır adəti.

***
Gödəkcəmin cibləri isitmədi əlimi,
Gödəkcəmin cibində payız idi elə bil.
Quyruğunu sallamış o yiyəsiz it kimi,
Yalqız idim elə bil.

Son avtobus da indi gecəyə doğru sürdü,
Son pəncərə qaraldı üzbəüz binalarda.
Quyruğunu sallamış yiyəsiz it də hürdü,
Üşümə buralarda.

Gödəkcəmin cibində soyuq idi əməlli,
Dağılmışdım yenə də xatirələr boyunca.
Əllərimi payıza tərk eləyən o əli,
Öpəmmədim doyunca.

Ağır olur deyirlər ayrılığın səhəri,
Qızarıbdı dan üzü gözlərimin dibindən.
Tökülür yarpaq-yarpaq payız alır şəhəri,
Gödəkcəmin cibindən...

Arzu Hüseyn
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar