Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Tural Turandan yeni şeir: "Vurul, dualarının təbəssümünə..."

Tarix: 06-01-2021 19:27     Baxış: 2299 A- / A+
Tural Turandan yeni şeir: "Vurul, dualarının təbəssümünə..."
Tural Turan

Öp, işarə qoy...

...Sığalla göy üzünün saçlarını,
Üzünə düşən buludlarına daraq çək!

Bu gecə özün doğulacaqsan deyəsən,
Yaradanın baxışlarına varaq çək;
Qorxma, əyilmək sayılmır,
Tanrının əllərindən öp,
alın yazına xatir...

Özünü də sev arada,
Allah ümidinə buraxma ağrılarını.
Vurul özünə, adam,
vurul, dualarının təbəssümünə!
Güllələ öz qəbrini,
ölmədən ölümünü gör məzarının.

Bir şam yandır,
yuxuların qorxmasın öz təkliyindən.
Bütün ölüləri inandır,
inandır ki,
Bir də gəlsələr
yenə duaları aldadacaq...
Yenə aldadacaq, yenidən...
Soyuq bir yanvarı
gün işığı aldadan kimi...

Unutma, bu gecə sən doğulacaqsan,
öp, işarə qoy öz əlinə,
öp, işarə qoy tanrının varağına...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar