Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Xəyalə Sevil:"Analar qızıl payızı yanağına sərdilər..." -ŞEİR

Tarix: 05-01-2021 17:37     Baxış: 2425 A- / A+
Xəyalə Sevil:"Analar qızıl payızı yanağına sərdilər..."
Xəyalə Sevil

*
Uçulmuş evinin çöl divarına
Böyük şəklini asdılar.
Qabağına gül qoydular,
Şəhid filankəs yazdılar.
Əvvəl hamı bir ağladı
Uca səslə:
Vətən! Vətən! - deyə-deyə,
Onda qoca,
Şanlı bayraq qalxdı göyə.
Onda hamı qürur duydu,
Qohum, qonşu, yoldan keçən,
Üçünəcək, beşinəcən,
Onunacan, qırxınacan...
Sonra hamı tək ağlanadı-
Ana, ata, bacı, qardaş!
Şəkil oldu, şəhid oldu
O qara daş.
İndi
Pəncərəmi açan kimi
Gülümsəyir divardan
Şəhid şəkli.
44 günlük döyüşə
Şahid şəkli.
Düşmənindən öc alan,
Torpağına güc alan.
Şəhid kimdir?
Şəhid
Torpaq altda xatirədir
"Mübaribədən qalan!"


*
Ora - döyüş meydanı!
Qanadlanıb uçurlar
Havadakı mərmilər.
Bütün rənglər qan qırmızı...
Analar qızıl payızı
Yanağına sərdilər...
Yenicədoğulmuş,
Sütül bir güllə
Çiçəklədi sinəsinin başında.
Torpağa can verib öldü,
Əsgər haqq savaşında.
Vətən sağ olsun! - dedi,
Oldu, Vətən sağ oldu...
Şəhidlərin can verdiyi torpaqlar
Böyüdü, böyüdü
QARABAĞ oldu!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar