Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Rövşənin “Daş” povesti barədə

Tarix: 04-01-2021 20:54     Baxış: 3693 A- / A+
Ramiz Rövşənin “Daş” povesti barədə

Ramiz Rövşən- Ramiz Məmmədəli oğlu Əliyev 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Orta təhsilini Bakı şəhərinin Suraxanı rayonunda yerləşən 208 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində 1964-1969-cu illərdə təhsil almışdır. Ramiz Rövşən “Bir yağışlı nəğmə” (1970), “Göy üzü daş saxlamaz” (1985), “Kəpənək qanadları”(1999), “Gedək biz olmayan yerə”(2006), “Sevgi məktubları” (2009) adlı kitabların müəllifidir. Ramiz Rövşənin əsərləri bir çox dillərə tərcümə edilmişdir. Onun kitabları Türkiyədə, ABŞ-da, Almaniyada, Fransada, Polşada, Bolqarıstanda, İranda çap olunmuşdur.
Ramiz Rövşənin Azərbaycan poeziyasında tutduğu çox yüksək mövqe Azərbaycan ədəbiyyatının qazanmış olduğu çox böyük bir uğurdur. Ramiz Rövşənin nəsrinin səlisliyi, ahəngdarlığı, məlumatlılığı, insan duyğularını təsvir etmə gücü poeziyasından heç nəyi ilə geri qalmır. Onun yazmış olduğu “Daş” povesti bunun sübutudur. Yazıçı “Daş” povestində müharibənin arxa cəbhədə törətdiyi fəlakətləri, başsız qoyduğu ailələri, qadınları, uşaqları çox böyük yazıçı ustalığı ilə təsvir etmişdir. Əsərdə müharibənin topu, tüfəngi, tankı yoxdu, düzdü, onun yerinə oğul dərdindən ürəyi partlayan analar və atalar vardır. Başsız qalan qadınlar, bacılar, yetim qalan uşaqlar vardır. Onların həyatı, hissləri, özləri ilə apardıqları mübarizələri, aclıqları, yoxsulluqları, ehtiyacları əsərdə o qədər gözəl təsvir olunmuşdur ki, əsəri oxuduqca eyni müharibənin müxtəlif talelər yaratdığının şahidi olursan. Əsər Müslüm kişinin daş yonması ilə başlayır. Müslüm kişi obrazı ilə yazıçı yetimçiliklə və müharibənin törətdiyi aclıqla böyüyən bir insanın psixologiyasını kiçik nüanslarla açmağa nail olmuşdur. Arvadının öldüyünü görən Müslüm kişi fikirləşir ki, camaata hay düşməmiş toyuqları hinə salmaq lazımdı, yoxsa bir azdan camaat tökülüşüb gələcək və həyətdə it yiyəsini tanımayacaq, toyuqlar oğurlana bilər. Müslüm kişi arvadının meyidini ortalıqda qoyub, toyuqları hinə salmağın düzgün iş olmadığını dərk edirdi. Çox daxili mübarizədən sonra Müslüm kişi toyuqları hinə saldı. Çünki onları itirmək istəmirdi. Müslüm kişi arvadının ölümündən çox bu ilin üzümündən xeyir götürməyəcəyinə pis olurdu. O, quşların üzümləri dənləyəcəyinə, uşaqların talayacağına, üzümün mürəbbəsinin bişməyəcəyinə, çaxırının çəkilməyəcəyinə həddindən artıq kədərlənirdi. Yazıçı Müslüm kişinin hasarı bir daş daha qaldırmaq, evinin otaqlarının sayını durmadan artırmaq ehtirasını onun şüuraltı iztirablarının nəticəsi olaraq görürdü. Müslüm kişi avradının ölümü ilə uşaqlıqdan başlayan və o ana qədər davam edən iztirablarının bitdiyinin sevinci ilə lap əvvələ uşaqlığına qayıdır. Müslüm əmisinin himayəsində böyümüşdü, əmisinin nökəri, muzduru olmuşdu. Müslüm əmisindən anasının, atasının kim olduğunu soruşanda əmisi ona hadisələri lap əvvəldən danışır. Biz iki qardaş idik, adama bir tikə torpağımız vardı. Sənin atan sanki, başımın ağasıydı. Qardaşım deyildi, mən onun qapısının nökəriydim, muzduruydum. Sənin atan mənim torpağımı əlimdən aldı. Anan isə yetim bir qız idi, yuyanı yoxdu, darayanı yoxdu, qarnı ac, ayağı yalın, başıaçıq, saçı pırtlaşıq, gözü yaşlı yetim bir qızdı. Yetim qızdı deyə xərci-borcu yox idi. Atan onunla evləndi. Müharibə vaxtı idi, hər yanda aclıq idi. Rayondan yoxlama gəldi, axtardılar, atanın evindən bir quyu dolusu taxıl tapdılar. Atanı kənddən sürgün elədilər, ananda onunla birgə getdi. Heç kim bilmədi hara sürgün olunduqların. Sibirə, Aşqabada, Ərdəbilə, Mazandarana və yaxud başqa yerə heç kim maraqlanmadı. Səndə körpə idin. Qalmışdın ortalıqda, götürənin yox idi. Kənd camaatı rədd elə getsin, dedilər, bundan adam olmaz dedilər. Səni atmadım məndən başqa heç kimin yox idi. Müslümün əmisi Mahmudun bir qızı, bir oğlu vardı. Oğlunu oxutmuşdu, amma Müslümü yox. Onu buyruqlarına baxsın, odun doğrasın deyə kənddə saxlamışdı. Müslüm bütün günü odun doğrayaraq, bunu fikirləşirdi. Əmisi oğlu oxudu, adam oldu o isə yetim idi deyə oxuya bilmədi. Əmisi oğlu məktəbini bitirib, evlənib, kəndlərinə qayıtdı. Müslüm onun üçün ev tikməyə başladı, evi tikib qurtaran günü, lap səhər tezdən xəbər gəldi ki, müharibə başlayıb. Müslüm bu xəbəri tikdiyi evin damında eşitdi. Əmisi oğlu da, Müslüm də, kəndin bütün kişiləri kimi müharibəyə getdilər. Müslümün əmisiynən əmisi arvadı oğlunun qara kağızı gələn il dərddən çərləyib, öldülər. Bircə əmisi qızı və əmisi oğlunun arvadı Çimnaz sağ qaldı. Yazıçı Müslümün dili ilə müharibənin fəlakətlərini çox böyük ustalıqla bir cümlə ilə oxucunun gözü qarşısında canlandıra bilir. Sən yetim, mən yetim, o gəlin yetim, pəəh, ev deyil ha, yetimxanadı…

Müslüm əmisi oğlu üçün tikdiyi evi onun arvadı Çimnaza verir. Yenə burda heç olmasa başının üstə damın olsun deyir. Yat o damın altda, gəlinbacı, yuxuda o gözəl günlərini gör, o rəhmətlik ərini gör, deyir. Əmisi qızının isə halına acıyaraq, qardaşın ölüb ağlamısan, anan ölüb ağlamısan, atan ölüb ağlamısan, bu həyatda bir gün görməmisən, deyir. Müslümündə gedəcək yeri yox idi. O, əlacsız qalıb, əmisi qızı ilə evlənir. Müslümün bir oğul olur, əmisinin adını qoyurlar. Uşağın adı Mahmud olur. Bu uşaqdan sonra Müslümün arvadının uşağı olmadı. Əmisi qızı xəstə düşdü və beləliklə, Müslümün iztirablı günləri daha da artdı və arvadının öldüyü günə qədər davam etdi. Yazıçı qəssab Qəzənfər və dəllək Əbil xətti ilə əsərdə müharibənin fəlakətlərin birdaha gözlər önündə canlandırır. Ramiz Rövşən “Daş” povestində tək qadınların həyatına geniş yer ayırır. Müslümün anası, əmisi qızı, əmisi oğlunun arvadı Çimnaz, qəssab Qəzənfərin arvadı, Fatma kimi tək qadınların məhkum olduqları həyatı bütün açıqlığı ilə oxucuya çatdırır. Yazıçı Fatma obrazı ilə sahibsiz qadınların faciəsini çox böyük ustalıqla qələmə almışdır. Fatma anası ilə yaşayan yetim, xəstə bir qızdır. Anasının ili çıxmamış, ona təcavüz olunur. Kənd camaatı bir gün görür ki, Fatmanın qarnı qalxıb. Bütün kənd bir-birinə dəydi. Yazıq Fatmanın dili yox, ağlı yox. Bu kənd üçün biyabırçılıq, biqeyrətlik idi. Yazıq Fatma qarnını qucaqlayıb otururdu. Başını əyib, qulağını diriyirdi qarnına, qulaq asırdı. Yazıq Fatma bu ağrılara dözməyərək, özü öz qarnını yumruqlayıb öldürdü körpəsin. Kənd camaatı fikirləşirdi ki, bəlkə Allahın bizə yazığı gəldi, bu kəndi biyabır eləmək istəmədi. Hər nə isə, uşaq ölü doğuldu. Fatma özüdə müharibənin ikinci ili öldü. Yazıçı Fatmanında, Müslümün əmisi Mahmudunda ölümünü payız fəslində təsvir edir. Aclığın, müharibənin, soyuğun qurbanları kimi. İnsan hisslərinin dolğun təsviri, azadlıq duyğularını vaxtında içində boğan insanların sonradan duyğu partlaması yaşaması əsərdə çox böyük məharətlə verilib. Ramiz Rövşənin “Daş” povesti Azərbaycan ədəbiyyatı üçün çox qiymətlidir.

Həcər Aslan qızı Atakişiyeva

Xəbəri paylaş







Müəllif: Sedef
Tarix: 5 yanvar 2021 14:16
Ramiz Rövşen menim en çox sevdiyim şairdi. Daş povestin ilk defe sizin sayenizde oxudum çox sağ olun.
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar