Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Virusun intiharı -Hekayə

Tarix: 26-12-2020 18:50     Baxış: 3264 A- / A+
Virusun intiharı

Koronavirus son günlər çox pərişan idi. Hara gedirdisə, özü haqqında yaxşı sözlər eşitmirdi. Qarğış, nifrət o qədər çox idi ki, yerindən tərpənmək istəmirdi daha. Başqaları kimi o da əbədi ömür sürməyəcəkdi. Dünyaya gələndə sevinmişdi. Kimlərinsə canını alacağı, xəstələndirəcəyi heç ağlına gəlməmişdi.
Gəlişini bəyan etmək üçün hara gəldi uçur, qonurdu. Mən də varam, aranıza qatılmaq istəyirəm,- deyə o biri viruslara xəbər verməyə başladı. Amma nə sirr idisə, viruslar onu görən kimi uzaqlaşmağa başladılar. O, bundan çox təəccübləndi və pərişan oldu. İnsanlara üz tutdu. Yaşamaq, çoxalmaq istəyirdi.
Amma, nələrsə tərs gedirdi. Hansı insana yaxınlaşırdısa, həmin adamın halı pisləşir, vəziyyəti ağırlaşırdı. Nəmli, hyəcanlı gözlər onu da kədərləndirdi. O heç kimə zərər vermək istəmirdi. Sadəcə, yaşamaq istəyirdi. Doğulduğuna peşiman olmuşdu. Ona ən çox təsir edən qaragözlü bir qızcığazın hıçqıra- hıçqıra, - ana ölmə, mən sənsiz neyniycəm, ana, - deməsi oldu.
Qızcığaza yaxınlaşıb başını sığallamaq istədi. Ancaq birdən yadına düşdü ki, ona da zərər verə bilər. Tez fikrindən daşındı. Özündən zəhləsi getdi. Qadının boğularaq, necə can verməsinin şahidi, nəinki şahidi, həm də səbəbkarı olmuşdu. Qızcığaza qoşulub hönkür- hönkür ağladı.
Baxdı ki, insanlar onunla mübarizə aparıb, onu öldürmək istəyirlər. Amma hələ ki, bacarmırlar. Çünki o insanları görürdü, onların səsindəki həyəcanı hiss edirdi. İnsanlarsa onu görə bilmirdi.
Çox düşündü. Anladı ki, ona heç yerdə rahatlıq yoxdur. Yarandığı gündən bir kimsənin üzünü güldürməmişdi.
Intihar etmək qərarına gəldi. Qalxdı, qalxdı. Buludlara çökdü. Yağış damlalarında torpağın altına gömüldü.

Virusun intiharı
























Nazilə Gültac, həkim-şair
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar