Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Oxu, avazına söykənsin Şuşa, oxu, nəfəs dərsin Kirsin yamacı...Xudayar Yusifzadəyə şeir

Tarix: 21-12-2020 21:49     Baxış: 2434 A- / A+
Oxu, avazına söykənsin Şuşa, oxu, nəfəs dərsin Kirsin yamacı...Xudayar Yusifzadəyə şeir


***

(Vətən oğul şəhid Xudayar Yusifzadəyə)

Əridi dağların dumanı, qardaş,
Babanın evində güllər göyərdi.
Yenidən qurulur o köhnə dam-daş,
Dərdin öldürdüyü illər... göyərdi.

Oxu, avazına söykənsin Şuşa,
Oxu, nəfəs dərsin Kirsin yamacı...
Ağıyla nəğmələr doğulub qoşa,
Oxu, candan çıxsın qoy ağrım, acım...

Atdığın güllələr boşa keçmədi,
Şuşa səfərində izimiz oldu.
Qarabağ bu dəfə dişə keçmədi,
Tarixə baxmağa üzümüz oldu!

Oxu, hamı bilsin, "Vətən yaxşıdı"!
Getdiyin yol ilə bizi də apar!
Bu yoldan şəhid tək ötən yaxşıdı-
Qoy bilsin oğullar, bilsin analar!

Döyüş məktəbinin zəfər sinfini,
Qızıl təşəkkürlə bitirən oğlan;
Oxu cənnətdə də öz təsnifini,
Tanrının dodağı öpsün alnından!

Tural Turan

Manevr.az

Xəbəri paylaş







Müəllif: Rəhman
Tarix: 24 dekabr 2020 17:33
Azərbaycanın igid, sevimli şəhid oğlu Xudayarın ölməz adına layiq çox gözəl şeirdir! Tural Turan, var olun! Çox xoşuma gəldi şeir!
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar