Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

“XƏZAN” jurnalının bu il üçün son buraxılışı çapdan çıxıb

Tarix: 14-12-2020 17:12     Baxış: 3248 A- / A+
“XƏZAN” jurnalının bu il üçün son buraxılışı çapdan çıxıb

“XƏZAN” jurnalının dekabr (noyabr-dekabr, 2020) sayı çapdan çıxıb.

Manevr.az-ın məlumatına görə, 80 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Jurnal “Qüsurlu mənbələr, yoxsa mənbə qüsurları?” məqaləsi ilə başlayır. Müəllif mənbələrdə olan qüsurlardan söz açır, xüsusən də I Qarabağ savaşı zamanı döyüş bölgələrini tanımayan, çox-çox arxada oturub ön cəbhədən alayarımçıq məlumat toplayıb yazanları, indi də onların yazdıqlarından geninə-boluna istifadə olunmasını vurğulayır. 44 günlük Vətən Müharibəsinin epizodlarını qələmə alanda diqqətli olmağı nəzərə çapdırır.
Pedaqogika üzrə elmlər doktoru Həsən Bayramovun 44 günlük Vətən Müharibəsinə həsr olunmuş “Qələbənin müzəffər akkordları” məqaləsi uğurlu yazılardan hesab oluna bilər.
İbrahim Yusifoğlunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ədəbi mühiti ilə bağlı hazırladığı yazı “Şərur ədəbi birliyi – 50” adlanır. Bu yazıda bölgə mühitinin yaradıcılıq fəaliyyətinə işıq salınır.
Şair Məzahir İsgəndərin yaradığılığından bəhs olunan “Türk təfəkkürünün poetik səciyyəsi” məqaləsinin müəllifi “Yurd” jurnalının baş redaktoru, prezident təqaüdçüsü Balayar Sadiqdir. Ələsgər Talıboğlunun “Elçin Məlhəmlinin könül dünyasının işığında” məqaləsi də jurnalın dekabr sayında yer alan publisistik məqalələrdəndir.
Nəsr bölməsində Rəşid Bərgüşadlının “Uğur böcəyi”, Eyvaz Zeynallının “QAZ – 21”, Xaliq Azadinin “İtmiş böyrək”, Zarema Əliyevanın “Azərbaycanlı alman”, Əli bəy Azərinin “Nə gözəl ürəyin var” hekayələri çap olunub. Türk ədəbiyyatından Ömər Küçükməhmətoğlunun “Yarımçıq” hekayəsi Eyvaz Zeynalovun tərcüməsində təqdim olunur.
Poeziya bölməsində Şahməmməd Dağlaroğlunun, Hafiz Əlimərdanlının, Ədalət Nəcəfoğlunun, Tamella Pərvinin, Rəhman Bayramın, Xəzər Mirajın, Fatma Abdullayevanın, Şərur ədəbi mühitindən Budaq Təhməzin, İbrahim Yusifoğlunun, Ələsgər Talıboğlunun, Məmməd Əkbərlinin, Asim Atəşlinin şeirləri yer almışdır. Eyni zamanda Məzahir İsgəndərin “Sanki dünya yerindədi” poeması da jurnalın bu sayında çap olunub.
Jurnalın sonunda “Xəzan – 2020” başlığı altında 2020-ci ildə jurnalda çap olunan bütün əsərlərin siyahısı yer almışdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar